Nida Təhlil
Millət vəkilindən SƏRT SÖZLƏR: Tərbiyəsiz kütbeyinlər...
Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsini təqdim edir:
- Qüdrət bəy, “Turizm haqqında” Qanununun müzakirəsi zamanı ölkəyə turist cəlb etmək üçün Zəngəzurda və “Böyük Zirə” adasında kazino açmaq təklifinizdən sonra bəzi əxlaqsız gədalar sanki əllərinə bəhanə düşübmüş kimi, Sizə qarşı bir kampaniya başlatdılar. Əlbətdə, bu dediklərimiz ədəb çərçivəsində fərli mövqe sərgiləyənlərə aid deyil. Bu barədə fikrinizi bilmək istərdik.
- Bir qrup uğursuz və uğursuzluğun mənəvi deqradasiyaya uğratdığı ünsürlər mənə hücum etməklə özlərini yenidən biabır edirlər. Araşdırsanız görərsiniz ki, təhqir yazanlar və onlara bu cür göstəriş verənlərin hamısı əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı. Ağıllı və məsuliyyətli insanlar mənim çıxışımla tanış olanda həmin elementlərdən fərqli olaraq başa düşürlər ki, mən nə təklif etmişəm. Mən ölkəmizdə turizmin inkişafı üçün xidmətlərin səviyyəsinin yüksəldilməsini və xidmət xərclərinin azaldılmasını təklif etdim. Sözsüz ki, bura uçuş xərcləri də daxildir. Xidmət səviyyəsinin yüksəldilməsi, dünya elminə və mədəniyyətinə çıxış məqsədilə həm də ingilis dilinin ölkəmizdə geniş miqyasda tədris olunması, bu məqsədlə xüsusi dövlət proqramının qəbul edilməsinin zəruriliyini vurğulamışam. Vətəndaşlarımızın təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat (bu, müvafiq dövlət orqanı tərəfindən Milli Məclisə rəsmi təqdim olunmuş məlumatdı) pul uduzduğunu nəzərə alaraq, ölkəmizə turist cəlb etmək məqsədilə müəyyən ərazilərdə kazinoların açılmasını təklif etmişəm. Bura xarici kazinolarda uduzulan pullar daxil deyil. Mən bu təşəbbüslə əvəllər də çıxış etmişəm. Gürcüstanı çox zaman bizə nümunə kimi təqdim edən bu gerizəkalılar gedib öyrənsinlər ki, Gürcüstan kazinolarının əsas müştəriləri kimlərdir? Gürcülər kazinolar hesabına nə qədər turist cəlb edir və turizmdən nə qədər pul qazanır? Yaxud qardaş Şimali Kipr Türk Respublikası (ŞKTR) olsun. Kimsə deyə bilər ki, Gürcüstan müsəlman ölkəsi deyil, bəs ŞKTR necə? Biz müharibədən çıxmışıq, Qarabağın bərpası, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi üçün ölkəmizə pul lazımdır. Əsgər və zabitlərimiz qan töküb o torpaqları azad etməyiblər ki, xalqımız o torpaqlarda yas saxlasın. Şəhid ailələri daxil xalqımız o torpaqlarda yeyib-içib əylənməli, xoşbəxt həyat yaşamalıdır. Bu gün Razi Nurullayevin bir açıqlaması ilə tanış oldum. Həmin qaragüruha xitabən söyləyir ki, islamda sələmə pul verilməsi haramdır. Bəs niyə banklardan kredit götürüsünüz? Biz şəriət qanunları ilə yaşayan islam dövləti deyilik.
Mənim həmin gün qaldırdığım digər vacib məsələlər barədə susan bu üzdəniraq siyasi dələduzlar yapışıblar kazinodan. Halbuki, həmin gün eyni vaxtda “Lotereyalar haqqında” Qanuna və “Cinayət Məcəlləsinə” birinci oxunuşda dəyişiklik edildi. Dəyişiklikyə əsasən, CM-nin 244-1-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı kimi təklif olunur. “Bu Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirlərin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab olunur”.
Beləliklə, bundan sonra qanunlara uyğun olaraq, keçirilməyən istənilən mərc oyunu qumar oyunu hesab olunacaq. Bu günə qədər qumar oynamaq inzibati hüquqpozma hesab olunurdu və mənəviyyat əleyhinə yönələn xəta sayılırdı. Bundan sonra isə edilmiş dəyişikliyə, hüquqi məntiqə və hüquq düşüncəsinə görə qumar oynamaq lisenziyasız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, iqtisadi fəaliyyət əleyhinə yönələn qanunpozuntusu kimi başa düşülməlidir və qanunvericilikdən “qumar oynama”, qumarxana təşkil etmə və saxlama “ictimai mənəviyyat əleyhinə yönələn xətalar və cinayətlər” kateqoriyasından çıxarılmalıdır. Bu məqsədlə müvafiq dəyişikliklər edilməlidir.
Yeri gəlmişkən qeyd edim ki, həmin gün qonşu ölkələri misal çəkərək Milli Məclisə təqdim olunan qanun layihələrində qanunvericilik texnikası baxımından ciddi qüsurların, boşluqların, kolliziyaların olmaması, sui-istifadə hallarına yol açacaq normaların qarşısının alınması üçün Milli Məclis, yaxud Nazirlər Kabineti, yaxud Ədliyyə Nazirliyi yanında “Qanunvericilik institutunun” yaradılması barədə təşəbüslə çıxış etdim. “Uşaqpulu müavinət”inin verilməsinin zəruriliyi barədə mətbuata açıqlama verdim. Amma tərbiyəsiz kütbeyinlər bu kimi məsələləri müzakirə edə bilməzlər, çünki həm savadları yoxdur, həm də Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi aldıqları tapşırıqlar “məsciddən” danışmaqdır.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var