Nida Təhlil
Bu ölkələrə nota verməliyik – Fazil Mustafa
“Fransada prezidentliyə namizəd Valeri Pekresin Ermənistandan sonra Azərbaycanın icazəsi olmadan sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərə səfər etməsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə nota verməlidir. Bu, birbaşa Rusiya sülhməramlılarının törətdiyi qanunazidd əməldir. Buna laqeyd qalmaq olmaz”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlılarının funksiyası orada yaşayan ermənilərlə Ermənistanın əlaqəsini təmin etməkdir:
“Hansısa başıboş fransızın Azərbaycan sərhədlərini tapdalayaraq gedib orada terrorçularla, separatçılarla görüşməsi açıq-aşkar Azərbaycan qanunlarına hörmətsizlikdir. Ona görə də Rusiyanın Qarabağdakı sülhməramlıları bu məsələdə birbaşa məsuliyyət daşıyır. Məhz həmin nüanslara görə məsələyə baxış bu məqamların üzərində qurulmalıdır. Digər tərəfdən, Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya da açıq-aşkar nota verməlidir. Orada görstərilməlidir ki, prezidentliyə namizəd Fransada hansı hərəkətləri edirsə, etsin, amma Valeri Pekresin Azərbaycanda bunu etməsi ölkəmizin qanunlarına ziddir. Eyni zamanda Azərbaycan xalqının dəyərlərinə hörmətsizlikdir.
Ona görə də rəsmi Bakı bu adama qarşı ən sərt formada öz münasibətini bildirməlidir. Çünki bu kimi məsələləri görməzdən gəlmək olmaz. Yəni Fransanın, Rusiyanın xoşlarına gələr, gəlməz baxışı sərgiləməməliyik. Bu cür yanaşma qətiyyən mümkün deyil. Haqqında bəhs olunan məsələnin üzərinə çox ciddi şəkildə gedilməlidir. Biz ümumi situasiyanı anlayaraq bir sıra məsələlərdə rusiyalı sülhməramlılara güzəştli yanaşma sərgiləyirik. Amma bu məsələyə zərrə qədər güzəştli yanaşmaq olmaz. Bu, birbaşa rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı məsələdir. Bunu gözardı etmək Azərbaycan üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. O baxımdan da Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı daha sərt formada, daha ciddi yanaşmaqla bu məsələnin ənənəyə çevrilməsinin qarşısını almaq mümkündür. Həmin qadına da bildirmək lazımdır ki, sən Fransada hansı boşboğazlığı edirsənsə, et, amma Azərbaycan ərazisinə gələndə onun qanunlarına hörmətlə yanaşmaq sənin borcundur”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
