Nida Təhlil
Pekresin Xankəndinə gəlişi: Moskva Qarabağı Avropa siyasətinə alət edir
Fransanın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Valeri Pekresin Xankəndinə qanunsuz səfəri Rusiya sülhməramlılarının indiyə qədər adekvat olmayan missiyasını yenidən şübhə altına aldı. Və bir sualı aktuallaşdırdı.
Ruslar Pekresin Qarabağa gəlişində niyə maraqlıdırlar?
Fransada gələn ilin 10 aprelində keçiriləcək prezident seçkilərində erməni faktoru ön plana keçib. Bunun üç əsas səbəbi var:
1. Bu ölkədə 700 minə yaxın erməni icması var və onların 400 mini səsvermə hüququna malikdir;
2. Erməni diasporu/lobbisinin siyasi proseslərə təsir imkanları genişdir;
3. Ermənistan Fransa daxili siyasətində ictimai rəydə müəyyən paya sahib olan “Şərqdə xristianların müdafiəsi” tezisinin əsas platforması rolunu oynayır;
Və seçkiöncəsi namizədlər erməni kartına yatırım edirlər:
- Prezident Emmanuel Makron Qarabağ müharibəsində “qoruya bilmədiyi” erməni maraqlarını müdafiə etmək üçün qollarını çırmalayıb: Brüsseldə Makronun Əliyev-Paşinyan qeyri-formal görüşünü təşkil etməsi də həm Merkeldən sonra Avropanın yeni lideri olmaq, həm də seçki kampaniyasında erməni icmasının səsini qazanmağa hesablanmışdı; Makronun İrəvana səfər edəcəyi gözlənilir;
- Valeri Pekres erməni kartını Makrondan daha aktiv istifadə edir: o, İrəvanla yanaşı, Xankəndinə də səfər etməklə digər namizədləri, xüsusilə Ermənistana ondan öncə gələn Erik Zemmuru “kölgədə qoydu”;
- Radikal sağçı Le Pen digər namizədlərlə müqayisədə erməni kartından daha az istifadə edir;
- Radikallığı ilə Le Peni geridə qoyan Erik Zemmur isə erməni məsələsində də ən aşırı mövqe sərgiləyən namizəddir;
Rəy sorğularına görə, Makron hələ də favoritdir, Valeri Pekres ikinci sırada qərarlaşır, Le Pen Erik Zemmuru geridə qoysa da, seçkiyə yaxın nəticələr dəyişə bilər.
Makron hazırda öndə olsa da, onun indiyə qədər vədlərini yerinə yetirməməsi, “sarı jiletlilər” hərəkatının başlanmasına səbəb olan sosial-iqtisadi qərarlar və son olaraq Qarabağ müharibəsindən sonra erməni icmasının səsinin bölünməsi seçkinin ikinci tura qalacağı gözləntisini artırır. İkinci tur olarsa, Valeri Pekresin önə çıxacağı ehtimalları az deyil, xüsusilə digər namizədlərin Makrona qarşı birləşəyi gözləntisi nəticələri dəyişə bilər.
Brüsseldə Makronun qəbulunda olan Nikol Paşinyanın Emmanueli devirə biləcək Pekresin səfərinə şərait yaratması da seçki gözləntilərindən qaynaqlanır.
Və rusların da baş verənlərdə maraqları var: Moskvanın Fransada dəstəklədiyi əsas namizəd Le Pendir, lakin:
1. Pekresin şansı Le Penden daha üstün görünür;
2. Pekresin sağ mərkəzçi mövqeyi, “ABŞ-ın himayəsini, Çinin çətirini” qəbul etməmək yanaşması rusların Avropa siyasətinə uyğun gəlir;
Pekresin Xankəndinə səfərinin təşkilində rusların əlinin olduğunu təsdiqləyən məqam təkcə sülhməramlıların Laçın dəhlizindən keçidə icazə verməsi deyil, eyni zamanda, ermənilərin mövqeyini daha radikal şəkildə dəstəkləyən Erik Zemmurun Ermənistana səfəri zamanı Qarabağa gəlməməsi, yaxud gələ bilməməsidir: istisna deyil ki, Zemmur də Xankəndinə qanunsuz səfər etmək istəyib, çünki separatçı-terrorçu rejimi ən çox dəstəkləyənlər Fransadakı erməni diasporudur və onun bundan istifadə etmək istəməməsi inandırıcı deyil; mümkündür ki, Zemmurun gəlişinə şərait yaradılmayıb və bu, məhz Pekresin önə çıxmasına şəraitin yaradılması ssenarisi ola bilər;
Merkeldən sonra Avropada mövqeləri ciddi şəkildə zəifləyən Rusiya Fransada prezident seçkilərindən qitədə təsir balansını bərpa etmək üçün istifadə edə bilər və görünən odur ki, Moskva Azərbaycan torpaqlarını özünün strateji gedişlərində alətə çevirib.
Asif Nərimanlı
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ














.jpg)












