Nida Təhlil
30 ildən sonra ilk dəfə 2021-də... - Deputat
“2021 qələbə ili kimi yadda qaldı. Yəni işğaldan azad olunmuş torpaqlarımızda çoxsaylı tədbirlər gerçəkləşdi. Yaradıcılıq, quruculuq işləri sürətlə davam etdi. Yola saldığımız il həm də Prezidentimizin görüşləri, beynəlxalq səviyyədə səfərləri ilə yadda qaldı. Bu il sosial yönümlü hadisələrlə də yaddaşımıza həkk olundu. Maaşlar, pensiyalar, təqaüdlər artırıldı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, bir neçə gün bundan əvvəl Hadrutda dağ komando birləşməsinin açılışı oldu. Deputatın fikrincə, bu da ilin ən yaddaqalan hadisələrindəndir:
“Təkcə Hadrutda deyil, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə, sərhədlərimizdə xeyli sərhəd məntəqələrinin, hərbi hissələrin açılışı oldu. Onların təminat məsələləri ilboyu diqqətdə saxlanıldı. Bizi maraqlandıran əsas məsələlər bunlardır. Eyni zamanda 8-9 ay ərzində Füzuli Hava Limanı tikilib istifadəyə verildi. Kəlbəcər və Laçın zonalarında, sərhədlərimizdə müdafiə xətlərimiz möhkəmləndirildi. Yollar çəkildi. Cənab Prezident bu il Şuşaya çoxsaylı səfərlər etdi. Jurnalistlərin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri baş tutdu. Qeyri-hökumət təşkilatları nümayəndələrinin, xarici qonaqların, diplomatların azad olunan ərazilərimizə səfərləri gerçəkləşdi. Hesab edirəm ki, 2021 Azərbaycan üçün çox uğurlu bir il oldu. İnkişaf ili kimi yadda qaldı. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığı, yülksəldiyi bir il idi. 2021-i tərəqqi ili kimi xarakterizə etmək olar. Sevincli bir il yaşadıq. 30 illik məğlubiyyətdən sonra ilk dəfə 2021-ci ili qalib bir dövlət kimi başa vurduq. İnşallah, bu, əbədi olacaq”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
