Nida Təhlil
Rusiya Qazaxıstana hansı hərbi qüvvələrini göndərib? – Şok faktlar
“Talanlar zamanı on minlərlə pasport plankının və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Almatı idarəsindən agenturanın şəxsi işlərinin və xüsusi əməliyyatlarla bağlı sənədlərin yoxa çıxdığı bildirilir”.
Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu haqda politoloq Ərəstun Oruclu məlumat verib.
Siyasi ekspert Qazaxıstanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:
“KTMT sülhməramlı qüvvələri” adı altında Qazaxıstana daxil olmuş Rusiya ordu hissələrinin və onların nəzarətinə götürülmüş obyektlərin siyahısı belədir:
98-ci hava-desant qüvvələri diviziyası:
- Nur-Sultan (Astana) hava limanı;
- Qazaxstan Silahlı Qüvvələrinin Baş Qərargahının binası;
- Dövlət televiziyasının binası;
45-ci hava-desant qüvvələri diviziyası:
- Almatı hava limanı;
- Qazaxıstan hərbi-hava qüvvələrinin qərargahı;
- Nur-Sultan şəhəri (paytaxt);
602-ci hərbi baza (mümkündür ki, bu, Belarusa aid hərbi birləşmədir):
- Şimkent şəhəri.
31-ci hava-desant briqadası:
- Ust-Kamenoqorsk şəhəri;
- Kazatomprom (Qazaxıstan Milli Atom Sənayesi Şirkəti).
FSB-nin “Senej” Xüsusi Təyinatlı Mərkəzi
- Prezident sarayı (Nur-Sultan)
- Mərkəzi Bank
- Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin binası
414-cü xüsusi dəniz piyadaları taboru:
- Aktau dəniz limanı
Siyahıdakı 45-ci və 98-ci hava-desant diviziyaları Qazaxıstana tam heyətdə yeridilibsə, o zaman söhbət azı 7-8 min hərbçidən gedir. Bundan başqa da Rusiya ordusunun hava-desant diviziyalarının bəzilərinə xüsusi aviasiya alayları da daxildir. Bu diviziyaların aviadəstələrinin Qazaxıstana yeridilməsi haqda məlumat verilmir.
Digər bir məqam isə Rusiya ordusu tərəfindən təkcə mühüm dövlət obyektlərinin deyil, həmçinin Qazaxıstan ordusunun Hərbi Hava Qüvvələrinin və Baş Qərargah binalarının nəzarətə götürülməsidir ki, bu da diqqət çəkməyə bilməz. Belə çıxır ki, Qazaxıstan ordusu faktiki iflic vəziyyətinə salınıb. Bu isə yalnız işğal zamanı həyata keçirilməsi zəruri olan addımdır.
Bundan başqa, daxil olan məlumatlarda talanlar zamanı on minlərlə pasport plankının və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Almatı idarəsindən agenturanın şəxsi işlərinin və xüsusi əməliyyatlarla bağlı sənədlərin yoxa çıxdığı bildirilir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
