Nida Təhlil
Ermənilər Putindən kömək istəyir: Qarabağda...
Rusiyada erməni diasporu (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət edib. Ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəyirlər.
Bu müraciətdən iki nəticə çıxır:
Birincisi, müharibədən sonra rusların dəstəyi ilə ayaqda qalan separatçı-terrorçu rejim indi çətin vəziyyətə düşüb və diaspor vasitəsilə dəstək axtarışındadır;
İkincisi, Ukraynada müharibə aparan Rusiyanın Qarabağa diqqəti azalıb və diaspor erməniləri bu məsələni Putinin yadına salmağa çalışırlar: burada rusların Ukraynadakı işğal hücumunun nəticə verməməsinin bizim xeyrimizə olduğu daha aydın şəkildə görünür;
Vəziyyətin bu cür davam etməsi erməni əhalisinin separatçı-terrorçu rejimə qarşı etirazını daha da körükləyir. Qəza nəticəsində baş vermiş problemlərə görə dünənə qədər Azərbaycanı ittihan edən ermənilər və erməni mediası bu gündən etibarən paralel olaraq separatçı rejimin “rəhbərliyini” də tənqid edirlər.
Bizim maraqlarımız baxımından əsas problem “Azərbaycan hücum edir” tipli təbliğatın aparılmasıdır. Xüsusilə mobil rabitənin və internetin işlək olması ermənilərin bu imkanlarını genişləndirir. İstisna deyil ki, erməni diasporu yaxın günlərdə Avropada da “Qarabağda erməniləri fəlakət yaşayır” kimi kampaniyaya başlaya bilər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)