Fransada erməni lobbisinin məğlubiyyəti və Makron üçün yeni reallıq
Bizi izləyin

Nida Təhlil

Fransada erməni lobbisinin məğlubiyyəti və Makron üçün yeni reallıq

Fransada prezident seçkiləri ilə bağlı kampaniya bu ölkədəki problemləri də ortaya çıxardı: namizədlər seçki təbliğatlarını sosial problemlər yox, daha çox xarici məsələlər üzərində qurduqları üçün nəticə əldə edə bilmədilər.

Emmanuel Makron erməni məsələsi və Ukrayna üzərinə fokuslandı. Fransa mediasında yayılan görüntülər xalqı bu məsələlərin maraqlandırmadığını sübut edir. Seçicilərlə görüşən Makrona əhali bildirir ki, aylıq qazancları çatmır, hər şey bahadır. Makronun “bu çətinliklər Ukraynadakı müharibəyə görədir, xüsusilə enerji qiymətlərin qalxması” cavabı onları qane etmir.

Makronun birinci turu keçsə də, səs faizlərinin aşağı olması, millətçi Le Penin də məhz ikinci tura keçə bilməsinin səbəbi bundan qaynaqlanır.

Seçki kampaniyasını erməni maraqları üzərində quran Valeri Pekress, Erik Zemmur və digərlərinin az səs toplaması və birinci turda məğlub olmasının səbəbi də məhz Fransa seçicilərinin daxili problemlərə diqqət yetirməsindən irəli gəlir.

Fransadakı sosial-iqtisadi problemlər göstərir ki, “fransız xalqı kef etmir”. Ölkədə inflyasiya son 10 ilin ən yüksək həddinə çatıb. Hazırda 3 faiz inflyasiyasının olduğu qeyd olunur. Bununla yanaşı, enerjinin qiyməti 30 faizə qədər yüksəlib. Təhsildən sağlamlığa, iş yerlərinin azalmasına, işsizliyin artmasına, bütün məhsulların qiymətində artımların olmasına qədər problemlər kifayət qədərdir. Ümumilikdə həyat səviyyəsi aşağı düşüb.

“Odoxa BackBone-Consulting” araşdırma şirkətinin məlumatına görə, Fransa xalqının 59 faizinin 2022-ci ildən böyük gözləntisi yoxdur. İnsanlar ötən ildə olduğu kimi yenə sağlamlıq və sosial-iqtisadi problemlərin davam edəcəyini düşünürlər. Əhalinin 23 faizi isə vəziyyətin daha da pisləşəcəyini hesab edir. Əhalinin 49 faizi isə iqtisadi böhranın yaşanacağından qorxur.

Bu mənzərə fonunda namizədlərin seçki kampaniyalarında Fransa xalqının problemərinə az yer verilirdi. Makronun birinci turu ilk sırada tamamlanmasının isə daha çox Ukraynada müharibədən sonra aktuallaşan təhlükəsizlik problemindən qaynaqlanır. Əhali sosial problemlərlə yanaşı, həm də gələcək təhlükəsizliyin qayğısına qalmalı olublar və digər namizədlərlə müqayisədə Emmanuel Makrona üstünülk verirlər.

Fransada seçki kampaniyası həm də erməni lobbisinin nüfuzunun ciddi azaldığını göstərdi. Təsadüfi deyil ki, Ermənistanın dəstək verdiyi, İrəvana və hətta qanunsuz yollarla Xankəndinə gətirdiyi namizədlər Pekress və İdalqo cüzi səs topladılar. Bu, erməni lobbisinin gücü haqqında deyilənlərin sadəcə şişirtmə olduğunugöstərir.

Görünür, erməni lobbisi yalnız bələdiyyə səviyyəsində təsirə malikdir, ümumilikdə səviyyəsində isə onun nüfuzu çox aşağıdır. İkinci turda Rusiyaya yaxın Le Peninseçkilərdə qalib gəlmək şansının az olduğunu anlayan erməni lobbisi Makrona dəstək olacağını bəyan edib. Bu da həmişəki kimi, prinsipsizlik nümayişidir.

Mövcud mənzərə Makronun artıq sosial problemlərdən narahatlığını və erməni lobbisinin zəif nəticələrini nəzərə alaraq, əvvəlki kimi erməni məsələsinə böyük diqqət ayıra bilməyəcəyini deməyə əsas verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm