Nida Təhlil
Dnestryanıda partlayışlar: Rusiya Avropada ikinci cəbhəni açır?
Rusiya elan edir ki, “Dnestryanıda onların qarışmağa məcbur olacağı vəziyyətin yaranmasını arzulamırlar” və bölgədə baş verənlərin “arxasında” Qərb qüvvələrinin dayanması versiyası üzərində dayanır. Bunun fonunda Moldovaya “hadisələrin araşdırılması” mesajını verir.
Bu ssenarini təxmin etməyə imkan verir: bölgədə Rusiyanın qarışmağa məcbur olacağı “vəziyyət” yaranır və buna görə “Qərb qüvvələri” günhakar olarq göstərilir.
Məqsəd Rusiyanın Dnestryanı bölgəsinə də hərbi müdaxiləsi olaraq göstərilir. Ukraynaya hücumun hədəflərindən biri də Qaradəniz sahili boyunca Dnestryanına çıxmaqdır. Hərçənd, Moskva bunun üçün əvvəlcə Ukraynanın Cənubunu – Odessanı ələ keçirməlidir. Bu baxımdan, ruslar Qara dəniz sahilini ələ keçirmədən Dnestryanıda mümkün gərginlik ssenarisinin nəyə hesablana biləcəyi maraqlıdır:
Birincisi, bölgəyə “təhlükə” Ukrayna ərazisindən gəldiyi iddiası ilə Dnestryanıdakı rus qoşunları və separatçı dəstələr müharibəyə cəlb edilə bilər: bu, Dnestryanıya çıxmaq – Ukraynanın cənub bölgələrini işğal planının iki istiqamətdə aparılması imkanını yaradır;
İkincisi, Dnestryanıda Rusiyanın müdaxilə edə biləcəyi mümkün “vəziyyət” rəsmi Kişinyova qarşı təzyiq aləti kimi istifadə edilə bilər: Moldova Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, ehtiyatlı davranış yolunu tutublar, lakin Aİ-yə üzvlük üçün müraciətlə siyasi oriyentasiyasını qətiləşdirib və asılı olduğu rus qazından xilas olmağın yollarını da nəzərdən keçirir; Moskva Ukraynada müharibə apardığı vaxt Kişinyova nəzarət imkanlarını itirmək istəmir;
Üçüncüsü, Ukraynadan sonra Avropada yeni gərginlik cəbhəsinin açılması da mümkün ssenarilər arasındadır və bu, Donbasda olduğu kimi Dnestryanıda “rusdilli əhaliyə qarşı qətliam” iddiası ilə Moldovaya da hücum ehtimalını önə çıxarır:
- Qərbin NATO üzvü olmayan Ukraynada müharibəyə birbaşa müdaxilə etməməsi ruslar üçün Moldovada da analoji imkan yaradır;
- Görünür, Rusiyada hesab edirlər ki, Moldovada mümkün toqquşmalar Qərbin diqqətini yayındıra, Ukraynaya verilən hərbi yardımlara mənfi təsir edə və ruslara maneənin azalmasına gətirib çıxara bilər;
-
Elm və təhsil21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
















.jpg)
.jpg)
















.png)




