Nida Təhlil
Eyni qatarda Kiyevə gələn üçlük Zelenskidən nə istəyir?
Makron, Şolts və Draqi Kiyevdədir: bu səfər Ukraynaya dəstək kimi təqdim olunsa da, gerçəkdə Zelenskidən Rusiyaya güzəşt edilməsini istəyən cəbhənin aktivləşməsi hesab edilə bilər.
Və onların Kiyevə səfərinin üç mümkün hədəfi var:
Birincisi, AB-nin zirvə toplantısından öncə son “vəzifələrini” yerinə yetirirlər: gələn həftə keçiriləcək zirvə görüşündə Ukraynanın üzvlüyü ilə bağlı qərar veriləcək və Paris-Berlin-Roma üçlüyünün Kiyevə “yaşıl işıq” yandırmayacağı bəllidir; hər üç lider zirvədən öncə Kiyevdə boy göstərməklə toplantıda veriləcək qərarın mənfi təsirlərini azaltmaq, “Ukraynanın yanındayıq” mesajını vermək və qərarlarını Zelenskiyə də izah etmək niyyətindədirlər;
İkincisi, Kiyevi Moskva ilə danışıqlar masasına qayıtmağa inandırmaqdır: “sülh cəbhəsi”ndə yer alan hər üç lider Rusiya ilə “dil tapmaq” ssenarisini müdafiə edir və istisna deyil ki, Zelenskini evində razı salmağa çalışırlar;
Üçüncüsü, hər üç lider bu səfərlə Ukrayna müharibəsinə görə daxildə və beynəlxalq mediada üzləşdikləri tənqidləri ən azı yumşaltmaq istəyirlər.
Liderlərin istəklərinə nail olacağı çətin görünür, intəhası, Makron, Şolts və Draqinin eyni qatarda yola çıxması Qərbdə Vaşinqton-London cəbhəsinə əks olanların praktiki fəaliyyətə keçdiyini deməyə əsas verir... Bu, kollektiv Qərbdə parçalanmanın dərinləşməsinə qarşı olan ABŞ-ın da Ukraya müharibəsindəki mövqeyinə təsir edə bilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
