Nida Təhlil
Ermənistan bəyannaməni pozur: Bakı hansı addımları atacaq? - TƏFƏRRÜATLAR
“Hazırda delimitasiya və demarkasiya prosesi gedir. Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi müzakirə edilir. Ona görə də müəyyən qüvvələr bu məsələyə mane olmaq istəyir, prosesi gecikdirməyə çalışırlar. Bəlkə də bu qüvvələrin arxasında böyük dövlətlər durur. Həmin dövlətlər erməni diasporu vasitəsilə burada öz siyasətlərini həyata keçirmək istəyirlər. Biz bunu da bilirik. Hazırda Azərbaycan əvvəlki Azərbaycan deyil ki, onun ərazisində erməni silahlı birləşmələri öz istədiyini etsin”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov Ermənistanın baş qərargah rəisi müavininin “Qarabağdakı erməni silahlıları Ermənistandan gedən daha peşəkar bölmələrlə əvəzlənəcək” bəyanatına münasibət bildirərkən deyib.
Polkovnik Ramaldanov bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə göstərilir ki, Qarabağdakı ermənilərin təhlükəsizliyi rusiyalı sülhməramlılara həvalə olunub:
“Bu məqam həmin sənəddə rəsmi şəkildə müəyyənləşdirilib. Digər tərəfdən, Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr və ya dövlətimizlə razılaşdırılmamış silahlı birləşmələr ola bilməz. Əgər dövlət tərəfindən hansısa silahlı birləşmənin yerləşdirilməsinə razılıq verilmirsə, deməli bu, qanun pozuntusudur. Üçtərəfli bəyannamənin dördüncü maddəsində Qarabağdakı ermənilərin tərk-silah edilməsi ilə bağlı bənd var. İndi Rusiya tərəfinin başı müəyyən dərəcədə Ukraynaya qarışıb. Amma onlar öz üzərinə müəyyən öhdəlik götürmüşdülər ki, yay aylarında bu prosesə başlayacaqlar. Hətta Qarabağdakı ağır texnikaların bir hissəsi də çıxarılmışdı. Bu barədə də məlumatlar var idi. Düşünürəm ki, Ermənistanın baş qərargah rəisinin müavininin açıqlamaları 10 noyabr bəyannaməsinin müddəalarına ziddir. Digər tərəfdən, Qarabağda “təhlükəsizliyi” təmin etmək üçün Ermənistandan hansısa peşəkar ordu göndərilirsə, bu, ölkəmizin qanunlarının pozulması deməkdir. Ermənistan öz ordusunu Qarabağda itirib, Azərbaycan Ordusu həmin erməni silahlı dəstələrini darmadağın edib. Azərbaycan Ordusu Ermənistan ordusunun demək olar ki, axırına çıxıb. Belə olan halda Ermənistan Azərbaycana hansı qüvvələri göndərəcək?! Ona görə də bu kimi məlumatları bir qədər ziddiyətli hesab edirəm. Hətta xəstə təfəkkürlü adamın düşüncəsinin məhsuluna daha çox oxşayır. Çünki bu kimi bəyanatların ya hüquqi əsası olmalıdır, ya da hansısa reallığa bağlanmalıdır. Oradakı silahlılar Qarabağda yerləşmiş ermənilərdir”.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, Ermənistandan Qarabağa silahlı şəxslərin getməsi ümumiyyətlə, qadağandır:
“Azərbaycan buna heç vaxt yol verməyəcək. 10 noyabr bəyannaməsinin şərtlərini Ermənistan pozarsa, Azərbaycanın bu pozuntunun qarşısını almağa ixtiyarı var. Özü də bütün vasitələrlə... Düşünmürəm ki, Ermənistan bu cür addım atsın. Birincisi, buna hər hansı əsas yoxdur. İkincisi, bu məsələdə məntiq görünmür. Onlar 30 il müdafiəsini qurduqları torpaqlarımızda darmadağın oldular. Azərbaycanın qarşısını kəsməkdə aciz idilər. Rusiyalı sülhməramlılar da Qarabağda elə-belə yerləşməyiblər. Onların missiyası var. Həm sərhəddə, həm də sülhməramlıların nəzarət zonasında hər şey Azərbaycanın nəzarəti altındadır. Sadəcə olaraq Azərbaycan müəyyən bir razılaşmaya görə, öz öhdəsinə götürdüyü missiyanı yerinə yetirir. Bu o demək deyil ki, kimsə orada istədiyini edə bilər. Ora Azərbaycan ərazisidir. Sadəcə həmin ərazilərdə Rusiya sülhməramlıları müvəqqəti yerləşib. Onlar sülhün və təhlükəsizliyin təminatçısı kimi oradadırlar. Əgər orada təhlükəsizliyin təminatçısı varsa, bu məqam sənəddə öz əksini tapıbsa, erməni silahlıların oraya gəlməsi heç bir məntiqə sığmır. Azərbaycan bunnunla heç vaxt razılaşmayacaq və yol verməyəcək”.
Tural Turan
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək