Nida Təhlil
Erməni təxribatlarına necə cavab verməliyik? - Tural Abbaslı AÇIQLADI
“Son vaxtlar ermənilərin istər Azərbaycan-Ermənistan dövlət sərhədində, istərsə də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə aktivliyi neqativ anlamda artıb. Üstəlik, bu proses artan istiqamətdə də davam edir. Artıq bir müddətdir ki, ermənilər Azərbaycan ordusuna qarşı təxribatlar törədirlər. Nəticədə Azərbaycan vətəndaşlarının və ərazi bütövlüyümüzün təhlükəsizliyi məsələsi gündəmə gəlir. Dəfələrlə bildirmişəm ki, hər şeyin adekvat cavabı olmalıdır”.
Bunu Publika.az-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində artan erməni təxribatlarından danışarkən deyib.
AĞ Partiya başqanı bildirib ki, diplomatik addıma diplomatik, iqtisadi addıma iqtisadi nöqteyi-nəzərdən cavab verilir:
“Eləcə də hərbi müdxiləyə və təxribatlara da hərb nöqteyi-nəzərdən cavab verilməlidir. Bunu uzun müddətdir ki, müxtəlif platformalarda səsləndirmişəm. Azərbaycan ilk növbədə BMT-nin də tanıdığı legitim ərazilərində anti-terror əməliyyatları həyata keçirməlidir. Eyni zamanda, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bəndlərinin icrasını yerinə yetirməlidir. Həmin üçtərəfli bəyannamədə qeyd olunub ki, rusiyalı sülhməramlıların əraziyə yerləşməsinə paralel olaraq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri adıçəkilən əraziləri tərk etməlidir. Bu yaxınlarda Ermənistanın müdafiə nazirliyi də etiraf elədi ki, hələ də həmin ərazilərdə erməni silahlı birləşmələri qalmaqdadır. Onlar Qarabağda müxtəlif adlarla fəaliyyət göstərirlər. Gah özlərini “Arsax” terror təşkilatının müdafiəçiləri kimi təqdim edirlər, gah da Ermənistan ordusunun silahlı nümayəndələri kimi. Odur ki, biz 10 noyabr razılaşmasından sonra Qarabağdakı rusiyalı sülhməramlılardan başqa digər əlisilahlı şəxsləri terrorçu qismində tanıyırıq”.
Tural Abbaslı əlavə edib ki, bu, bizim beynəlxalq qanunvericiliklə təsbit olunmuş legitim hüququmuzdur:
“Ermənilər Azərbaycan-Ermənistan sərhədində də özbaşına addımlar atır, təxribatlar törədir. Heç bir ölkə iki gündən bir dövlət sərhədlərinin atəşə tutulmasına göz yuma bilməz. Birinci şərt sərhədlərin pozulmaması, onun atəşə tutulmamasıdır. Heç bir ölkə əsgərinin yaralanmasına, öz ərazisində başqa dövlətlərin təxribatına sakit qala bilməz. Ona görə də düşünürəm ki, Azərbaycan Ordusu siyasi qərarlardan sonra hərəkətə keçməlidir. Öz dövlət sərhədlərinin təhlükəsizliyini təmin eləməlidir. Beynəlxalq qanunvericiliyə görə də Azərbaycan təhlükəsiz, bufer zona yaratmaq hüququna malikdir. Hətta Azərbaycan Ermənistanın hazırkı sərhədlərinə müdaxilə edə bilər və etməlidir. Biz nə qədər göz yummalıyıq ki, sərhədlərimiz təhlükə altına düşsün? Həmin ərazidə xidmət edən hərbçilərimiz, dinc sakinlərimiz niyə hansısa əyyaş, mərkəzə tabe olmayan erməni ordusunun atdığı güllənin qurbanı olmalıdır? Azərbaycan erməni təxribatlarına misli ilə cavab verdikdən sonra bu təxribatlara son veriləcək. Odur ki, Azərbaycan istənilən halda erməni təxribatlarına sərt cavab verməlidir. Çünki bunun başqa yolu yoxdur”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


