Nida Təhlil
İranın yeni İDEOLOJİ SİLAHI: hədəf övladlarımızdır!
Cənubdan Azərbaycana qarşı yeni ideoloji təbliğat formaları “ixrac edilir”. Bu kontekstdə “Salam Fermandeh” mahnısının İranın yeni ideoloji silahı olduğuna şübhə yoxdur. Mahnının fars dili ilə yanaşı, türk, Azərbaycan, ərəb də daxil olmaqla müxtəlif dillərə çevrilməsi, kütləvi tirajının təşkili də bunu göstərir.
Dini-siyasi ideologiya ilə bölgə ölkələrində təsir imkanlarını artırmaq istəyən İran indiyə qədər daha çox yarımhərbi qruplaşmaların yaradılması xəttini izləyirdi və bu siyasətin təməlini Livanda “Hizbullah” ideologiyası təşkil edir: Yaxın Şərq və körfəz ölkələri ilə yanaşı, Azərbaycan, Gürcüstan və Rusiya da hədəf siyahısındadır; Müsəlman Birliyi hərəkatı, terror fəaliyyəti ilə seçilən “Hüseyniyyun” qruplaşması, o cümlədən, Gürcüstanda və Rusiyada azərbaycanlıların kompakt yaşadığı bölgələrə dini ideologiyanın yeridilməsi bu planın tərkib hissəsidir;
“Salam Fermandeh” mahnısı və bunun üzərindən həyata keçirilən təbliğat isə İranın dini müdaxilə siyasətində fərqli istiqaməti də seçdiyini, “yumşaq güc” tətbiq etdiyi müşahidə edilir.
Birincisi, sosial platformalarda dini-siyasi təbliğatla yanaşı, insanların kütləvi marağına səbəb olacaq musiqi kartını dövriyyəyə buraxır;
İkincisi, ideologiyasını hədəf kütləsinə çatdırmaq üçün uşaqları alət olaraq seçir.
“Salam, Fermandeh”i dinlədikdə bunu aydın görmək mümkündür:
- “Sanma ki, boyum kiçikdir, sənin üçün qiyam edərəm”,
- “And içirəm, Hacı Qasımın (Qasım Süleymani) olacam”,
- “Sənin əsgərin olaram, sənə fəda olaraq”;
- “Bu kiçik boyumla generalın olaram”;
- “Baxma ki, yaşım azdır, səslə məni gör nə edirəm”
- “İnqilaba və bu nizama sadiq qalacağam”;
- “Əsgər dərdi çəkmə ağa, əsgərlərin yeni nəsildir”;
Mahnının məğzini bu sözlər təşkil edir və əsasən azyaşlı uşaqların ifasında təqdim olunur: istər fars, istərsə də Azərbaycan dilində mahnıya çəkilən kliplərdə, həmçinin həsəvkar çəkilişlərdə azyaşlı uşaqlar nə dediklərini anlamadan sözləri təkrarlayırlar.
Aydın görünür ki, İran öz dini-siyasi ideologiyasını azyaşlı uşaqlar üzərindən yeni nəsilə yeridir.
Azərbaycanda yayılan videokadrlarda orta məktəbdə, el şənliklərində, eləcə də azyaşlı uşaqların iştirakı ilə müxtəlif yerlərdə “Salam, Fermandeh” oxunduğu görünür. Hətta uşaqlar arasında orta məktəb təhsilinə başlamayanlar da var və bu, gələcəyimizin beyninə indidən İran təbliğatının yeridilməsi deməkdir. Azərbaycanda Müsəlman Birliyi hərəkatı, “Hüseyniyyun” qruplaşmaları kimi planlarının baş tutmamasından sonra İranın hədəf kütləsinin yaşını daha da azaltması, təbliğata aşağıdan başlaması və məqsədin uzaq perspektivli olduğu da aydın görünən məqamlardandır.
Bu gün “Salam, Fermandeh” oxutdurulan 4-5 yaşlı uşaqlarımız İran “sevgisi” ilə böyüdülürsə, 15-20 ildən sonra onlar bu ölkədə İranın müdafiəçilərinə çevriləcəklər. Bu, çox təhlükəli perspektiv vəd edir.
Bu gün övladlarımıza Azərbaycana qarşı yaradılmış “Hüseyniyyun” terror qruplaşmasının formalaşmasına töhfə verən Qasım Süleymanini “qəhrəman” kimi qəbul etdirirlərsə, bu, 10 ildən sonra dövlətin təməllərinə qarşı ciddi risklərin yarana biləcəyi deməkdir.
İstisna deyil ki, “Salam, Fermandeh” siyasətinin alət edilən azyaşlı övladlarımız bəlkə də Azərbaycan himnini hələ öyrənməyib, onlara öyrətməyiblər.
Bu mənzərə təhlükəli və təəssüfedicidir.
- Bizim öz qəhrəmanlarımız var: istər I Qarabağ müharibəsində, istər Zəfər qazandığımız Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevdən tutmuş hər bir əsgərə qədər hər biri bir qəhrəmandır; övladlarımıza öz qəhrəmanlarımızı təbliğ etməli, onları öyrətməliyik;
- Övladlarımıza onu da öyrətməliyik ki, minlərlə şəhid verdiyimiz müharibələrimizdə düşmənin yanında dayananlardan biri elə İran olub;
- Bu gün belə İslam ölkəsi olduğunu desə də, Ermənistanı bütün vasitələrlə müdafiə edən İran “sevgisini” övladının beyninə məcburi yeridənlər anlamalıdır ki, bir gün övladı böyüyüb həqiqəti öyrənəndə buna görə elə birinci validenyini qınayacaq;
Unutmamalıyıq, bizim salam göndərəcəyimiz komandanımız Vətən müharibəsini qazananlardır, Ali Baş Komandandır, yaralı yoldaşını güllə yağışının altından çıxaran qəhrəman əsgərimizdir, əsgərlərini xilas etmək üçün şəhidliyi seçən qəhrəman zabitlərimizdir, bizim üçün, övladlarımızın gələcəyi üçün şəhid olan igidlərimizdir”
Unutmamalı və övladlarımızı kənar təsirlərin alətinə çevirməməliyik. Onları bütün təhlükələrdən olduğu kimi, İran təsirindən də qorumalıyıq. Çünki İranın yeni hədəfi məhz bizim övladlarımızdır.
Asif Nərimanlı
-
Kriminal15:10
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Kriminal14:50
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi - ŞOK TƏFƏRRÜAT
-
İdman13:34
Ailədə söz-söhbət: İtalyan gözəl ona xəyanət edib? - FOTOLAR
-
İdman13:05
Prezidentin nəvələri Messi və dostları ilə görüşdülər - FOTO
-
Sosial12:13
Gələn ilin bayram günləri müəyyən edildi
-
Qoroskop11:17
2025-də sevgidən yarıyacaq 3 bürc: Hər an evlilik təklifi ala bilərsiniz
-
Sosial10:16
Minimum pensiya bu qədər olacaq - MƏBLƏĞ AÇIQLANDI
-
Köşə09:35
Türkiyədə məşhur törəndə bizi utandıran 3 xanım…