Nida Təhlil
İctimai və dövlət maraqları naminə islahatlar: nələr dəyişdi?
6.3.4 – İctimai və dövlət maraqlarının müdafiəsi
2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyevin start verdiyi islahat kursu məşhur “Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər” deyimini yada salır. Anti-Azərbaycan dairələrinin sifarişi ilə Bakı küçələrini qana boyamaq və “inqilab+islahat” vədini verən siyasətbazlardan fərqli olaraq, Azərbaycan lideri islahatlar vasitəsilə inqilab yolunu tutdu və bununla böyük siyasi liderlik keyfiyyətinə malik olduğunu göstərdi. Çünki “dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Prezident İlham Əliyev məhz Azərbaycanın gələcəyini düşünən dövlət xadimi olaraq, köklü islahatlara start verdi.
Siyasi ədəbiyyatda islahat sözünün izahı belədir: qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır və məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.
Azərbaycana rəhbərlik etdiyi dövrdə Prezident İlham Əliyevin əsas prioriteti vətəndaşların sosial rifahının yaxşı olması və şəffaflıq olub. Bunun üçün ilk növbədə qanunların səmərəli işlənməsini həyata keçirmək lazımdır ki, ölkədə həyata keçirilən islahatların əsas hissəsini məhz bu təşkil edir. Əslində bu islahat dalğası yeni deyil, dövlət başçısı zaman-zaman qanunların səmərəli işlənməsi, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi istiqamətində köklü addımlar atıb. Və burada ortaya maraqlı sual çıxır: ölkədə iqtisadi inkişaf var, demokratiyanın inkişafı istiqamətində irəliləyiş beynəlxalq qurumların hesabatlarında öz əksini tapır, o zaman köklü islahatlara zərurət niyə yaranıb?
Dövlət başçısı özü çıxışlarının birində bu sualın cavabını verir: “Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.
Azərbaycan lideri ictimai və dövlət maraqlarının müdafiəsi və gələcəyin indidən təmin edilməsi məqsədilə mühüm addımlar atdı.
Siyasi islahatlar: “Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır”. Bu istiqaməti prioritet seçən Prezident İlham Əliyev demokratikləşməni şüar olaraq qəbul etməyib və məqsəd heç də hansısa beynəlxalq qurumun gözündə “yaxşı obrazın” yaradılması olmayıb. Demokratikləşmə ölkənin hərtərəfli inkişafı deməkdir:
İnsan haqlarının müdafiəsi; Söz və mətbuat azadlığının təmin edilməsi; Qanunvericiliyin təkmilləşməsi;
Bura məhkəmə-hüquq sistemində islahatların dərinləşməsindən tutmuş, medianın inkişafı istiqamətində arılan addımlar daxildir. “Media haqqında” qanunun qəbulu və qanunda edilən yeniliklər də təsdiq edir ki, dövlət medianın fəaliyyətinə nəzarət etmək yox, onun inkişafı, xüsusilə peşəkarlaşması üçün yaranan maneləri aradan qaldırmaq istəyir.
İqtisadi islahatlar: “Siyasi müstəqiliyimizin təməlində iqtisadi müstəqilliyimiz dayanır”. Prezident İlham Əliyevin bu bəyanatı iqtisadi islahatların əsas istiqamətini müəyyənləşdirir və proses iki istiqamətdə həyata keçirilir:
- Siyasi müstəqilliyin təməlində dayanan iqtisadi müstəqilliyin gücləndirilməsi;
- Qeyri-neft sektorunun inkişafı hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsi;
Bu iki istiqamət Azərbaycanın yeni iqtisadi strategiyasının əsas bazisini təşkil edir. Əslində Prezident İlham Əliyev “Siyasi müstəqiliyimizin təməlində iqtisadi müstəqilliyimiz dayanır” deməklə qloballaşan dünyada milli dövlətlər üçün potensial təhlükələri və bu təhlükələrin dəf edilməsinin tezisini açır. Müasir dünya nizamında iqtisadi müstəqillik dövlətin müstəqilliyi və suverenliyinin qorunması deməkdir. Burada qeyri-neft sektorunun inkişafı əsas prioritet istiqamət olaraq seçilir.
Sosial islahatlar: “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır”, - Azərbaycan lideri bəyan edir və lideri olduğu xalqının sosial rifahının yüksəlməsi üçün köklü addımlar atır. Həyata keçirilən siyasətin ana xətti məhz budur.
Kadr islahatı: İslahat kursunun bütövlükdə və dəqiq həyata keçirilməsi kadr islahatlarını da zəruri edirdi. Və burada əsas məqam təkcə kadrların yenilənməsi, yaxud yaşı çox olan məmurların vəzifədən alınması ilə yekunlaşmır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanın təlatümlər burulğanı yaşamadan bütövlükdə yenilənməsi, yeni mərhələyə keçid etməsini təmin edir.
Siyasi ədəbiyyatda buna “ağrısız keçid” də deyirlər. Siyasi-iqtisadi idarəetmə yenilənir, cəmiyyətin həyatına mənfi təsirləri olmadan yeni mərhələyə keçid edilir. Burada ən mühüm məqamlardan biri Prezidentin sosial sifarişi qabaqlamasıdır. Çünki necə olmasından asılı olmayaraq, ölkələri idarə edən hakimiyyətlərin daxildən yenilənməməsi cəmiyyətin neqativ enerjisinin artmasına səbəb olur. Bu neqativ enerjini hesaba almasanız, tədricən sosial çağırışlar siyasiləşir və ciddi təhlükələrə yol açır. İndiyə qədər müşahidə etdiyimiz “rəngli inqilab”ların əslində “qanlı inqilaba” çevrildiyini və bunun baş verdiyi ölkələrin siyasi-iqtisadi-ictimai sisteminin kökündən dağıldığını görürük. Azərbaycanda belə perspektiv görünmür, lakin böyük siyasət prosesləri qabaqlamaq və proqnozları müəyyənləşdirmək deməkdir. Necə ki, “dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.
İslahat halqasının tamamlanması: hakimiyyətin üç qolu mövcuddur – icra, qanunverici və məhkəmə.
Məhkəmə-hüquq sistemində və icra hakimiyyətində köklü islahatların aparıldığı vaxt bütün gözlər qanunverici hakimiyyətə dikilmişdi. Çünki mövcud qanunverici hakimiyyətin islahat prosesindən kənarda qalması Azərbaycanın bütövlükdə yenilənməsi prosesində maneə kimi görünürdü, digər tərəfdən, bir sıra səbəblər belə bir zərurəti yaratmışdı. Misal üçün, məhkəmə hakimiyyətini icra və qanunverici hakimiyyət formalaşdırır. İcra və məhkəmə hakimiyyətində islahatın getdiyi vaxt, qanunverici hakimiyyətin kənarda qalması islahatların tam həyata keçirilməməsi demək olardı. Bu baxımdan, qanunverici orqanda çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası deputatlarını geri çəkdi və nəticə etibarilə, Milli Məclis buraxıldı. Yeni seçkilərlə qanunverici orqanın da tərkibi yeniləndi və fəaliyyəti daha səmərəli oldu.
Prezident İlham Əliyevin Vətən müharibəsindən öncə həyata keçirdiyi bu islahatlar 44 günlük savaşda qazandığımız Zəfərdə rol oynadı. Proseslər göstərdi ki, Azərbaycan lideri bu müqəddəs döyüşə - torpaqlarımızın azad edilməsinə bütün istiqamətlərdə hazırlaşıb. Artıq torpaqlarımız işğaldan azad edilib, indi yeni hədəflər var və bu hədəflərə çatmaq üçün islahatlar davam edir.
Asif Nərimanlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO