Nida Təhlil
Ordunu hədəfə çevirənlər və yalanın yaratdığı təhlükə

Son bir neçə gündə ordunun ətrafında yaradılan "məlumat xaosu" informasiya təhlükəsizliyini yenidən aktuallaşdırdı: sosial şəbəkələrdə ordunun dislokasiya yeri haqda məlumatların tirajlanmasından tutmuş, ordu haqda qaralama kampaniyasının aparılmasına qədər neqativ halların təkrarlandığı müşahidə olunur. Halbuki, Vətən müharibəsində yaşadığımız təcrübə bu hallara şüurlu şəkildə son qoyulması zərurətini yaratmışdı.
- Sosial şəbəkələrdə ordumuzun doslokasiyası, yaxud döyüş mövqelərinin görüntülərinin yayılması düşmənə həmin ərazilərin koordinatlarını asanlıqla çıxarmaq və dəqiq zərbə vurmaq imkanı yaradırdı;
- Sosial şəbəkə istifadəçiləri cəbhədə döyüşən əsgərdən kilometrlərlə öndə gedir, eyforiya yüklü məlumatlar paylaşır və ictimai rəyi mənfi çalarlarla yükləyirdi;
- Döyüşün getdiyi vaxt zabit və şəxsi heyət haqda doğru olmayan, həm də milli ruha zidd dezinformasiyalar tirajlanırdı və s;
Bu dezinformasiya yarışından cəmiyyət də əziyyət çəkdi, ordu da, dövlət də. Burada maraq qruplarının olduğu gerçəkliyi ilə yanaşı, bu qrupların təsirinə düşən, yüngül tiraj arxasınca qaçan şəbəkə istifadəçiləri və media mənsublarının olduğu gerçəyi də var. Eyni maraq qrupları və onların təsirinə düşənlər yenidən ordu haqqında dezinformasiya yarışına başlayıblar. Və yenə cəmiyyət də, ordu da, dövlət də neqativ halla üz-üzə qalıb.
Birincisi, yaxınları orduda xidmət edən insanlar ciddi narahatlq keçirir;
İkincisi, ordunun dislokasiya yerləri, hərəkət marşruturları dövlət sirri olmaqdan çıxır;
Üçüncüsü, dövlət həm cəmiyyətin, həm də ordunun üzləşdiyi neqativ vəziyyətdən zərər görür.
Prezident İlham Əliyevin 24 sentyabr 2014-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamında dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi öz əksini tapıb. Bu sərəncam eyni zmanda, mövcud qanunvericilik dövlət sirri sayılan informasiyaların yayılmasına görə məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Baş Prokurorluğun atdığı son addımlar da birbaşa qanunvericiliyə istinaddır, həmçinin məsələnin mənəvi tərəfi də var. Çünki söhbət Vətən müharibəsini Zəfərlə başa vurmuş, postmüharibə reallıqlarının Ermənistan tərəfindən qəbul edilməsinin zəmanəti olan Azərbaycan Ordusu haqda həm xoşagəlməz informasiyaların, həm də dövlət sirri sayılan informasiyaların tirajlanmasından gedir.
Bu hallara qarşı sərt mübarizənin aparılmasını qanunvericilik də tələb edir, məsələnin mənəvi tərəfi də. Cəmiyyət də bütün vasitələrlə qalib ordunu qorumalı, dezinformasiyalarla mübarizəyə dəstək verməlidir. Əks təqdirdə, dövlət də, ordu da, elə cəmiyyətin özü də itirən tərəf olacaq.
Unutmayaq, bir cümləlik dezinformasiya, yaxud üç saniyəlik videogörüntü əsgərlərimizin həyatını təhlükəyə atır, ordunun planlarını pozur, milli və dövlət maraqlarına zərbə vurur.
Asif Nərimanlı

-
Nida Xəbər 10 Fevral 22:42
Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
-
Kriminal10 Fevral 21:17
Vardanyanın cinayət işinin məhkəmə baxışı davam etdirildi
-
Magazin110 Fevral 21:05
Çimnaz Sultanovanın Xalq artisti ilə arxiv VİDEOSU
-
Nida Xəbər 10 Fevral 20:23
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA
-
ABŞ10 Fevral 20:00
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi
-
İnanc10 Fevral 19:20
Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA
-
Kriminal10 Fevral 18:40
Ana 3 övladının biləklərini kəsdi: 2-si öldü
-
Dünya10 Fevral 16:24
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər