Nida Təhlil
Balkanlar yeni MÜHARİBƏ OCAĞINA çevriləcəkmi?
Kosova-Serbiya qarşıdurmasının Balkan bölgəsindəki “minalar”ın hər an partlamağa hazır olmasından qaynaqlandığı bəllidir: kiçik qığılcım belə bu bölgədə "sönmüş ocağın" yenidən alovlanmasına zəmin yarada bilər. Hərçənd, bu, indi – Ukrayna müharibəsi ilə dəyişən geosiyasi şərtlər fonunda baş verməsi Qərb-Rusiya qarşıdurmasının bir parçası kimi də görünür.
Bu bölgədə eskalasiya Rusiyaya sərf edir:
- Avropada Ukraynadan sonra ikinci cəbhənin açılması rusların əlini gücləndirə bilər;
- Rusiya qazından asılılığı azaltmaq istəyən Avropanın alternativ enerji mənbələrinin marşrutlarından olan bölgədə hərbi qarşıdurma rusların marağında ola bilər;
- Kosova-Serbiya toqquşmasının bütövlükdə Balkan bölgəsinə yayılması perspektivi həmişə aktual olub və belə perspektiv Avropanın alternativ mənbələrdən biri kimi gördüyü Azərbaycan qazının Avropaya çıxış istiqamətinə də risklər yarada bilər: bununla yanaşı, Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Azərbaycanın Qərbi Balkanların qaz təchizatında da iştirak etməsini istəyir və bu, Rusiyanın bazardakı payının azalması gözləntilərini ortaya çıxarır;
Qarşıdurmaya bu kontekstdə baxdıqda, xüsusilə ordunu hərəkətə gətirən Serbiyanın Rusiyanın müttəfiqi olduğunu nəzərə aldıqda, hadisələrdə “rus izi”ni axtarmağa əsaslar yaranır. Hərçənd, bir neçə məqam açıq suallar yaradır:
Birincisi, qarşıdurmanın motividir: Kosova Serbiya nömrəli avtomobillərə müvəqqəti nömrə və keçid sənədi verilməsini nəzərdə tutan qaydalar tətbiq edir, o cümlədən, ölkənin şimalında Belqrada bağlı olan yerli serblərin vətəndaşlığı qəbul etməsini tələb edir; bu gərginliyin rəsmi Priştinanın addımından sonra başladığı deməkdir;
İkincisi, Kosovanı tanımayan və yenidən özünə biləşdirilməsi üçün fürsət gözləyən Serbiyanın indi buna getməsi ehtimalının az olmasıdır. Hətta Albaniya və Kosovanın birləşməsi perspektivini təhlükə olaraq görsə belə, Belqrad NATO-nun mövcud olduğu bölgəyə hücum etməyin nəticəsini anlayır;
Üçüncüsü, mümkün eskalasiyanın nəticəsində Qərb cəbhəsinin Belqradı mövcud siyasətindən – Rusiya ilə yaxınlığından uzaqlaşdırması riskləri var;
Bu baxımdan, Kosova-Serbiya gərginliyi Rusiyaya yaxınlığı ilə seçilən Belqrada Qərbin “mesajı” da ola bilər.
Baş verənlər Balkanların siyasi xəritəsinin yenidən dəyişə biləcəyini, yaxud belə istəklərin olduğunu yenidən önə çıxarır.
Asif Nərimanlı
-
MDB11:52Gəzməyə gedən 4 uşaq yoxa çıxdı - FOTO
-
Region11:30İrəvanda daha bir hindistanlı müəmmalı şəkildə öldü
-
Digər11:11Barda dəhşətli atışma: 10 nəfər öldü
-
Səhiyyə10:52Həkim bağırsağı sağlam saxlayan məşhur içkilərin adını açıqladı
-
Magazin209:43Məşhur aktyor öldü
-
İKT09:32Bu ölkə süni intellektə 9 milyard dollar ayırır
-
Dünya09:00Çinin ən böyük dəniz yatağı REKORD QIRDI
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO





























