Nida Təhlil
Səfirliyimizə hücumun pərdəarxası - Bakıya qarşı hansı plan qurulur?
"Mehdinin xidmətçiləri" birliyi ("The Mahdi Servants Union") adlı radikal qruplaşmanın Londondakı səfirliyimizin binasına hücum etməsinin hədəfini iki məqam fonunda anlamaq mümkündür:
- Azərbaycana qarşı “şiələrin müdafiəsi” adı ilə aparılan kampaniyaların İrandan kurasiya edildiyi faktdır;
- İrana qarşı ideoloji düşmən cəbhəsində dayanan “Mehdinin xidmətçiləri” də hücumu “Azərbaycanda bəzi şiələr təqib olunur” iddiası ilə edir;
Düşmən mövqedə olan hər iki tərəfin Bakıya qarşı eyni iddia ilə çıxış etməsi və bu yöndə əməli addım atması Azərbaycanın inanclı kəsimin ələ keçirilməsi uğrunda aparılan mübarizənin təzahürüdür. Görünür, “Mehdinin xidmətçiləri” radikal “müdafiə” üsulu ilə Azərbaycanın dini kəsimi üzərindəki təsiri İranın əlindən almağı hədəfləyir və burada şiə məzhəbi üzərində ideoloji müharibə ilə yanaşı, maraqlı dairələrin, yaxud ölkələrin də rolu var.
Azərbaycan üçün təhlükəli tendensiyadır: İranın dini təsirini aradan qaldırmamış, yeni iddiaçı-şərik peyda olub; dini kəsim üzərindəki kənar təsirlər sıradan çıxarılmadıqca, təhlükə aktual olaraq qalacaq.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
