Nida Təhlil
Politoloq: “Türkiyə və Azərbaycan bu böhran fonunda da birgə çalışacaq”
Rusiyanın Ukrayna ilə müharibəsi dünyada ərzaq böhranına gətirib çıxarıb. Xüsusilə buğda və qarğıdalının qiymətində artım müşahidə olunur. Burada iqlim dəyişikliklərinin də rolu var. Avropada və Amerikada quraqlıq baş verib. Bütün bunlar ərzaq böhranını dünyada qlobal böhran səviyyəsinə gətirib çıxarıb.
Bunu Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, ərzaq böhranı dünya ölkələri arasında münasibətlərin kəskinləşməsinə, gəmilərdən buğda oğurluqlarına da gətirib çıxarıb: “Biz gördük ki, Rusiya Ukrayna buğdasını ələ keçirib və bir sıra Şərq ölkələrinə satıb. Bu, əlbəttə, bir siyasi böhran idi. Bundan əlavə Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizin Ukrayna sahillərində 20 milyon tona yaxın taxıl qalmışdı. Türkiyənin beynəlxalq müstəvidə nüfuzu, həmçinin Ukrayna ilə Rusiya arasında vasitəçiliyi dünyada ərzaq böhranının həllində bir siyasi yol taparaq konkret taxıl dəhlizinin açılmasına gətirib çıxardı. Artıq Ukrayna taxılı Afrika sahillərinə gəlib çıxdı. Bu, həmçinin Afrikanın bir çox ölkələrində siyasi sabitliyin təmin edilməsi deməkdir”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, bundan əlavə Türkiyənin beynəlxalq müstəvidə oynadığı bu rol Azərbaycanın da milli təhlükəsizlik maraqlarına cavab verir: “Prezident İlham Əliyev Basqalda Azərbaycan Televiziyasına verdiyi müsahibədə hətta buğda qiymətlərinin artmasının, ərzaq böhranının qaçılmaz olduğunu, bunun bütün dünyanın problemi olduğunu qeyd etdi. Əlbəttə, Azərbaycana dost və qardaş ölkə olan Türkiyəyə ərzaqlıq buğda güzəştli qiymətlərlə satıldıqda Türkiyə Azərbaycana ucuz qiymətə taxılın verilməsini təşkil edə bilər. İki dövlət bütün spektrlərdə əməkdaşlıq edirsə, qlobal ərzaq böhranı fonunda da birbaşa əməkdaşlıq edəcək, birlikdə çalışacaq”.
Politoloq, həmçinin Qazaxıstanın Azərbaycan üzərindən Türkiyəyə taxıl ixracını istisna etmədiyini vurğulayıb: “Yəni, bütövlükdə götürdükdə Türkiyənin sahib olduğu Dardanel və Bosfor boğazından taxılın keçirilməsi və bunun müqabilində Türkiyəyə Ukrayna və Rusiya taxılının güzəştli satılması və bundan istifadə edərək Türkiyənin Azərbaycana taxıl verəcəyini düşünmək olar. Çünki Ankara ilə Bakı arasında həm hərbi, həm iqtisadi, həm siyasi, həm də digər bütün sahələrdə ciddi şəkildə bir koordinasiya qurulub və düşünürəm ki, bu istiqamətdə Azərbaycana ciddi dəstək verəcəklər”.
Səxavət Həmid
-
Maraq dünyası17:50Yaşlı kişinin mənzilindən 250 it tapıldı - Video+Foto
-
Ekologiya17:15Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Hadisə15:51Masazırda öldürülən qadınlar yaxın qohum imiş - Təfərrüatlar(Yenilənib)
-
Hadisə15:21Bakının bu ərazisində sürüşmə baş verdi
-
Sosial14:10Qanuna da məhəl qoyulmur: Azərbaycanda hələ də qohum evlilikləri var
-
MDB13:55Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərildi - Yenilənib
-
Nəqliyyat13:10Azərbaycanın avtomobil bazarında paradoks: Bahalaşma qaçılmazdır
-
Nida Xəbər 10:55Desantlarımız terrorçu qrupun rəhbərini belə ələ keçirdi - Video







































