Berlində Xameneinin posteri altında Bakıya qarşı aksiyanın şifrələri
Bizi izləyin

Nida Təhlil

Berlində Xameneinin posteri altında Bakıya qarşı aksiyanın şifrələri

Berlində Xameneinin posteri altında Bakıya qarşı aksiyanın şifrələri

“Müsəlman Birliyi Hərəkatı”nın (MBH) Avropa nümayəndəliyi dünən Berlində İran bayraqları, fars dilində yazılmış şüarlar və Xameneinin posterləri altında aksiya keçirib.

MBH-nin İrana bağlı olduğu məlum məsələdir. Bu təşkilat İranın “Azərbaycan Hizbullahı” yaratmaq, “müqavimət oxu” strategiyasını Cənubi Qafqaza doğru genişləndirmək planının tərkib hissəsi idi. Nardaran hadisələrindən sonra şəbəkə müəyyən qədər nəzarətə götürüldü. Qasım Süleymaninin xeyir-duası ilə Qumda “Hüseniyyun” adlı təşkilatın yaradılması İranın planında şəbəkənin kənardan koordinasiya edilməsi taktikisına keçidi demək idi.

Şəbəkə üzvlərinin Avropaya ayaq açması Azərbaycandakı uğursuzluq fonunda baş verirdi. Maraqlı məqam şəbəkənin Avropada fəaliyyətini əsasən demokratiya, insan haqları kimi məsələlər üzərindən qurmasıdır. Misal üçün, 2018-ci ildə Almaniyada yaradılan “Demokratik Azərbaycanı Seç” təşkilatının İrana bağlı olduğu haqda məlumatlar var. Şəbəkənin Qərb trendlərinə qoşulması legitimlik qazanmaq və İran izini gizlətmək məqsədi kimi görünür. İran bayraqları və Xameneinin posterləri altında keçirilən 18 oktyabr aksiyası isə məlum olan faktın etirafıdır.

İran Azərbaycandakı hicab məsələsini Avropadakı şəbəkəsi vasitəsilə beynəlxalq gündəliyə daşımağa çalışır. Avropa ölkələri də buna şərait yaradır, hətta MBH-nin Almaniyada qeydiyyata alınması məsələsi də gündəmdədir. Halbuki, bu şəbəkənin İranın Yaxın Şərqdəki proksi qüvvələrindən fərqi yoxdur. İndi Azərbaycana qarşı hərəkət edirlərsə, lazım olanda İranın fətvası ilə fəaliyyət göstərdikləri ölkələrə qarşı çıxacaqlar.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm