Nida Təhlil
Hakimlərin maaşı KƏSKİN ARTDI: “Korrupsiyaya bulaşmadan xalqa xidmət etməlidirlər”
“Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Qanunlara edilən dəyişikliyə əsasən sentyabrın 1-dən hakimlərin maaşı 27 faiz artacaq.
Publika.az xəbər verir ki, bu barədə bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov məlumat verib.
O, bildirib ki, Konstitusiya Məhkəməsinin sədri gələn aydan əlinə 5544,06 əvəzinə 7026,02 manat, Ali Məhkəmənin sədri isə 5637,39 əvəzinə 7182,21 manat alacaq:
.jpg)
“Konstitusiya Məhkəməsi sədrinin müavini 6323 manat, hakimi isə 5972 manat məvacib alacaq. Ali Məhkəmə sədrinin müavini 6463 manat, kollegiya sədrləri 6104 manat, hakimləri isə 5745 manat maaş alacaq. Apellyasiya məhkəmələrinin sədrlərinin aylıq gəliri 6463 manat, müavinlərinin isə 5816 manat təşkil edəcək. Kollegiya sədrləri 5493 manat, hakimləri isə 5170 manat həcmində maaş alacaqlar. Ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrləri 5745 manat, müavinləri 5170 manat, hakimləri isə 4596 manat alacaq. Digər məhkəmələrin sədrlərinin məvacibi 5027 manat, müavinlərinin məvacibi 4524 manat, hakimlərin maaşı isə 4021 manat səviyyəsində olacaq”.
Artımın kifayət qədər ciddi olduğunu söyləyən ekspert qeyd edib ki, bu artımlar dövlət büdcəsi hesabına baş verir:
“Yəni, onlar bizim hesabımıza belə yüksək maaş alacaqlar. Buna görə də bütün məmurlar, o cümlədən hakimlər də vicdanla, korrupsiyaya bulaşmadan xalqa xidmət etməlidir. Ümid edirəm ki, belə də olacaq. Amma əlbəttə ki, tam olmayacaq. Ona görə ki, artım yüksək olsa da, hakimlərimizin bir çoxunun gözünü doyduracaq qədər deyil".
Rövşən Ziya
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





