Nida Təhlil
Operativ-taktiki və psixoloji üstünlük Ukrayna tərəfinə keçib – ŞƏRH
Ukraynanın avqustun sonu sentyabrın əvvəlindən əks-hücum əməliyyatlarına başlayacağı gözlənilirdi. Xarkov vilayətinin şəhər və qəsəbələrinin və Liman kimi strateji şəhərin işğaldan azad edilməsi Ukrayna Silhalı Qüvvələrinin psixoloji üstünlüyünü artıracaq.
Bunu Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, döyüşən bu birliklər ABŞ və Britaniyanın hazırladığı elit qüvvələrdən ibarətdir: “Rusiya İzyum və Xarkov ətrafı digər ərazilərdən çəkildiyini etiraf edir. Rusiyanın çağırışçılardan formalaşdırdığı birliklərə gəldikdə isə bu qüvvələr döyüşə bilmir və əraziləri tərk edir. Bu gedişlə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətini və İzyum şəhərini bir neçə günə işğaldan azad edəcək”.
Politoloq güman edir ki, Ukrayna eyni hücumu Zaporojyeyə də edəcək. Bu istiqamətdə ərazilər azad edildikdən sonra növbə Mariupola çatacaq. Bundan sonra Xersona hücum əməliyyatları həyata keçiriləcək. Çünki ukraynalılar Mariupolu azad etməklə Xersonla quru yolu kəsəcəklər. Bu həm də Rusiyanın Krımla quru əlaqəsinin kəsilməsi deməkdir:
“Göründüyü kimi operativ-taktiki üstünlük Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçib. Ukraynanın Krıma hücumu və işğaldan azad etməsi hazırkı situasiyada mümkündür. Çünki Rusiya İkinci Dünya müharibəsinin taktikası ilə əməliyyat aparır. Rusiya Silahlı Qüvvələrinin keyfiyyət və döyüş qabiliyyəti xeyli zəifləyib. Moskva üçün yolun sonu aydın görünür. Ukraynanın artan hücumları fonunda rus qüvvələrinin hücumları effektiv olmayacaq”.
Politoloq hesab edir ki, Ukraynanın uğurlu hücumları nəticəsində Rusiyanın geri çəkilməsi tərəflər arasında bir neçə aydan sonra danışıqlar prosesinin başlanması ilə nəticələnə bilər. Onun fikrincə, iki ölkə arasında əsas vasitəçinin Türkiyə olacağı şübhəsizdir: “Hazırda Ankara Ukraynanın təşəbbüsü ələ alıb Rusiya qüvvələrinin çıxarılmasını gözləyir. Bundan sonra Ankara Rusiyanın Kiyevin şərtləri ilə razılaşmalı olacağı danışıqlarda vasitəçi olacaq”.
M.Əsədullazadə Rusiyanın Ukraynada məğlubiyyəti fonunda Avropaya qaz verilişini bərpa edəcəyini, təmir adı ilə bağladığı “Şimal axını-2” kəmərini işə salacağını düşünür: “Çünki maddi itkilər Rusiyada sosial-iqtisadi vəziyyəti ağırlaşdıracaq. Daxili sosial vəziyyəti sabit saxlamaq üçün Rusiyaya maliyyə lazımdır”.
Rusiyanın nüvə silahına əl atmasını qeyri-mümkün sayan politoloq ordunun yuxarı eşalonunda təmsil olunanların məğlubiyyətin fərqində olduqlarını vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın nüvə silahını işə salmasına hərbi kəşfiyyat sistemi imkan verməz.
Politoloq Rusiyanın Ukraynada məğlubiyyətinin Cənubi Qafqazda sülhün əldə edilməsi ilə nəticələnəcəyinə gətirib çıxaracağını deyib: “Üç ildən sonra Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasını reallaşdırmalıyıq. Həmçinin, Ermənistanda 102-ci hərbi bazanın bağlanması da gündəmə gələ bilər. Yeni dünya nizamı qurulur. Rusiya yeni dünya nizamında yer almayacaq. Prosesi ABŞ aparır və Azərbaycan da yeni dünya nizamı fonunda ABŞ-la əlaqələri inkişaf etdirməlidir”.
Səxavət
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)















.jpg)



.jpg)

