Nida Təhlil
İnsan alverinin qurbanı olmamaq üçün nə etməli? - ANALİZ
“2004-cü ildə “İnsan Alverinə qaşı mübarizə haqqında” Qanun qəbul olunub və Milli Fəaliyyət Planı təsdiq edilib. Həmin ildə İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılıb və sonradan Baş idarə adlandırılıb. Məhz ondan sonra bu sahədə mübarizə tədbirləri daha kəskin xarakter aldı. Azərbaycan həm də Transmilli Cinayətkarlıqla Mübarizə Konvensiyasının üzvü olduğu üçün burada sərt tədbirlər həyata keçirir”.
Bu barədə Publika.az-a danışan İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarında insan alverinə qarşı mübarizə ilə bağlı şöbələr və bölmələr fəaliyyət göstərir:
“İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yanında 45 QHT-nin qoşulduğu İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası bu sahədə maarifləndirmə, qurbanların müəyyən olunması, sığınacaqlara yerləşdirilməsi kimi işlərlə məşğuldur. Hazırda Elm və Təhsil Nazirliyi, DİN və QHT Koalisiyası paytaxtın və regionların bütün təhsil ocaqlarında mütamadi maarifləndirici tədbirləri həyata keçirirlər. İnsan alverinə qarşı mübarizə çərçivəsində “İfşa” adında 10 seriyadan ibarət tammetrajlı bədii film çəkilib, “İnsan alverinin qurbanı olma”, “Mələklərin qurtuluşu” adlı qısametrajlı filmlər ərsəyə gətirilib. Bu işlərlər kifayətlənmək olmaz və bu sahədə fəaliyyət davam etməli, yeni tam və qısametrajlı bədii və sənədli filmlər, videoroliklər çəkilərək itimaiyyətə təqdim olunmalıdır. Hazırda sosial şəbəkələr üzərindən də işlər davam etdirilir. DİN–nin tərəfindən “Facebook” və “İnstagram” sosial şəbəkələrində yaradılmış səhifələr vasitəsilə maarifləndirmə məqsədilə posterlər yayımlanır”.

R.Alıyevin sözlərinə görə, insan alveri qurbanları polisdən çəkindikləri üçün vətəndaş cəmiyyəti üzvlərinə və Koalisiyanın tərkibində olan QHT-lərə müraciət edirlər:
“Həmin şəxslər dərhal sığınacaqlara yerləşdirilir və bu barədə Baş İdarəyə məlumat verilir. Baş İdarə həmin şəxsi nəzarətə götürür və öz sığınacağına yerləşdirir. Sonra ona zərər verən səxslər, yaxud cinayətkar qrupla bağlı araşdırmalar başlanır, cinayətkarlar aşkar edilərək məsuliyyətinə cəlb olunur. Eyni zamanda onun bütün tələbatları ödənilir, müalicə prosesi başlayır və bütün lazımi addımlar atılır. Həmçinin, zərərçəkən toxuculuq, dil, komputer, digər peşələri öyrənmək üçün kurslara cəlb olunurlar. Dövlət tərəfindən ona müəyyən məbləğdə müavinət ayrılır və sığınacaqda öyrəndiyi peşəyə uyğun işlə təmin olunur”.

Əvvəllər ancaq savadsız insanların qurbana çevrildiyini söyləyən ekspertə görə, indi sosial şəbəkələr vasitəsilə insanlar asanlıqla aldanırlar:
“Cinayətkar qruplar qurbanı ələ keçirmək üçün ilk növbədə xaricdə təhsil adı altında elan və reklam rolikləri yerləşdirirlər. Müəyyən məbləğdə təqaüd müqabilində xarici ölkədə ali təhsil almaq imkanı qazandıqlarını bildirirlər. Gənclər bu elanı verənə müraciət edir və xaricə gedirlər. Orada isə cinayətkar qrupuın əlinə düşür, xarici pasportu, digər sənədləri əlindən alınır. Qızlar cinsi istismara məruz qalır və ya bunun üçün satılır, oğlanlarsa varlı şəxslərə satılır və qul kimi istismar olunur. Əgər təhsillə bağlı təklif gələrsə, əvəlcə Elm və Təhsil Nazirliyinə müraciət etmək lazımdır. Həmçinin, getmək istədiyi ölkədəki səfirliyimizlə və ya konsulluğumuzla əlaqə saxlayıb, oxumaq istədiyi təhsil müəssisəsi barədə məlumat əldə etməlidir. İş, ailə qurmaq və turizm adı altında təkliflər olarsa, eyni qaydada DİN-nə, ƏƏSMN-nə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Turizm Agentliyinə, rəsmi qeydiyyatı olan tur-agentlərə, səfirliklərə və konsulluqlara, eləcə də Baş İdarədə 24 saat fəaliyyət göstərən “152 Qaynar Xətti”nə müraciət etsinlər. Ayıq olmaq lazımdır. Əgər ayıq olmasalar, qurbana çevriləcəklər”.
Rövşən Ziya
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı





























.jpg)



.jpg)

