Nida Təhlil
Fransanın müsəlmanlara qarşı amansız işgəncə üsulları – TÜKÜRPƏDƏN REAL FAKTLAR
Əlcəzairin Fransanın müstəmləkə əsarətində olduğu 132 il ərzində (1830-cu ildən 1962-ci ilə qədər) fransız əsgərləri bu ölkədə 2 milyondan çox dinc sakini qətlə yetirib.
Publika.az xəbər verir ki, əlcəzairlilərə və digər müstəmləkə zülmü altında inləyən xalqlara münasibətdə, istisnasız olaraq bütün fransızlar qəddar davranış nümayiş etdirir, onları imkan düşdükcə əzməyə çalışırdılar. Hətta “Səfillər” kimi əsərlə bəşər tarixinə möhürünü vurmuş Viktor Hüqo kitablarının birində yazırdı ki, “barbarlarla” (o, Əlcəzair müsəlmanlarını belə səciyyələndirirdi) güc dili ilə danışmaq lazımdır.
Fransanın müstəmləkəçiliyindən əvvəl Əlcəzair kifayət qədər güclü dövlət idi və Osmanlı donanmasına məğlub olduğu 1827-ci ilədək Aralıq dənizi hövzəsinin əksəriyyətinə nəzarət edirdi.
1830-cu ildə general Burmonun komandanlığı altında fransızlar tərəfindən nəhəng hərbi ekspedisiya Əlcəzairə yola düşür. Onlar hərəkətə keçməzdən əvvəl Əlcəzair əhalisinə müraciət edirlər. Müraciətin mətni belə idi: “Biz fransızlar və sizin dostlarınız indi ölkənin paytaxtı Əlcəzair şəhərinə gedirik. And içirik ki, xoş niyyətimiz var və siz bizə qoşulub təhlükəsizliyimizi təmin etməyə qadir olduğunuzu sübut etsəniz, o zaman hakimiyyət əvvəlki kimi sizin əlinizdə qalacaq və siz ölkənizin müstəqilliyini qoruyub saxlayacaqsınız”.
Əlcəzair ərazisinə daxil olduqdan dərhal sonra fransızlar, nasistlərin Şərqi Avropada törətdikləri ilə müqayisə edilə bilməyən cinayətlər törətməyə başladılar.
Məsələn, müstəmləkəçi fransız qoşunlarının hərbçiləri mükafat almaq üçün yerli əhalinin kəsilmiş qulaqlarını və ya digər əzalarını toplayaraq, öz aralarında yarışırdılar. Bütün bu kimi faktlar sənədləşdirilir, lakin bu gün Azərbaycanı olmayan şeylərdə ittiham edən Fransa hökumətinin və Senatının sələfləri başqasının gözündəki tükü açıq-aşkar gördükləri halda, öz gözlərindəki tiri görməməyi üstün tuturlar.
Əlcəzairdəki fransız işğalçıları üsyançıların kəsilmiş başları ilə poza verirlər. Bu, onlar üçün "qənimət"dir.
Həmin vaxt Fransa xüsusi xidmət orqanlarının nümayəndələrinin Parisə göndərdiyi hesabatlarda deyilirdi:
“Biz məscidləri tamamilə dağıtdıq. Hörmətlə rəftar edəcəyimizi vəd etdiyimiz əhalinin əmlakını təmənnasız ələ keçirərək qarət etdik. Əhalinin hörmətindən və dəstəyindən bəhrələnənlərin hamısını onların cəsarətinə görə təhlükə kimi qiymətləndirərək mühakimə etdik”.
Fransız zabitləri yerli əhalini amansızcasına məhv etməklə onların milli kimliklərini silmək üçün əllərindən gələni edirlər. “Aborigenlər”in – fransızlar yerli əhalini belə adlandırırdılar – ovu təşkil edilmişdi və normal insan üçün fransızların Əlcəzairdə nə etdiklərini, hətta təsəvvür etmək belə çətindir.
Fransızlar bütün bunları Parisdəki komandanlığa “ərəblərə qarşı döyüşlərin” təsdiqi kimi fotoşəkillər əlavə edərək məruzə edirdilər.
Əhalinin kişi hissəsi məhv edilir, qadınlar və uşaqlar gəmilərə yüklənərək Polineziya adalarına aparılırdı. İtaət və sədaqət göstərməyən hər kəs öldürülürdü.
Fransızlar, təşkil etdikləri bir qırğın qurbanlarını saydıqdan sonra 1300 ölü tapırlar, yaralı isə heç kim sağ qalmadığı üçün yox idi. Bunu Montianaka adlı fransız zabitin dedikləri sübut edir.
1830-cu il noyabrın 26-da Əlcəzairin Blida şəhərində fransızlar dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədirlər. Nə qocalara, nə qarılara, nə qadınlara, hətta südəmər körpələrə belə aman vermirlər. Qırğını təşkil edən fransız zabit Troler bu qanlı işdə “qeyri-adi istedad” nümayiş etdirərək şəhəri bir neçə saat ərzində qəbiristanlığa çevirib. “Ölü” şəhərin küçələri meyitlərlə dolu idi və o zaman nə qədər insanın öldürüldüyünü heç kim saya bilməzdi. Bu cinayət Fransanın, Əlcəzairdə onlara qarşı təşkil edilən müqavimətə cavabı idi.
Əlcəzairdə fransız işğalçı qoşunları
1843-cü ildə Skikda şəhərində fransız qoşunlarına başçılıq edən mayor Montanyak 15 yaşına çatan hər bir ərəbin başını kəsdiklərini etiraf edir və belə deyir: “Ayağımızın altında it kimi sürünməyə razı olmayan hər kəsi öldürməliyik”.
Üstəlik, bu komandir, hətta müqavimətin dayandığı vaxtda da mülki əhalinin qətli ilə “məşhur olub”, baş kəsməyi həbsdən üstün tutub. Montanyakın sevimli mübarizə strategiyası istər kişi, istər qadın, istərsə də uşaq olsun, əhalinin tamamilə məhv edilməsi idi. Bunu dostlarından birinə yazdığı məktubdan bir parça sübut edir:
“Məndən qadınlarla necə davrandığımızı soruşdunuz. Bəzilərini girov qoyduq, bəzilərini isə mal-qaraya dəyişdirdik, ya da qoyun sürüsü kimi hərraclarda satdıq... Ərəblərlə mübarizə üsullarımız bunlardır, dostum. Kişiləri öldürün, qadın və uşaqları gəmilərə yükləyin və onları Polineziya adalarına göndərin. Bir sözlə, it kimi ayağımızın altında sürünməkdən imtina edənlərin hamısının məhvi…”
Montanyak özünün “Əsgərə məktub” kitabında döyüşlərin birində fransızların vəhşiliklərini belə təsvir edir: “1300 qadın və uşağın öldürüldüyünü saya bildik. Biz heç kimi yaralı buraxmadıq, hamısını öldürdük”.
Fransız generalı Kavenyak 1844-cü ildə bütün Beni Sabih qəbiləsinin məhv edildiyini etiraf edir: “Əsgərlərimiz odun yığıb Beni Sabih qəbiləsinin üzvlərini qovduğumuz mağaranın girişinə qalaqladılar. Oradan kimsə çıxmasın deyə ətrafa yanğın nöqtələri qoyuldu və odun yandırıldı”.
Və bu, Əlcəzair xalqına qarşı yönəldilmiş repressiya və soyqırımı nümunələrindən yalnız biridir. Buna görə general Kavenyak “Əlcəzairlilərin tufanı” titulunu və marşal rütbəsini alır.
1845-ci ilin iyununda Əz-Zəqərə bölgəsindəki Fəraşiş mağarasında (kəpənək mağarası) Avlyad Riyah ərazisində fransızların təşkil etdiyi qırğın bundan az faciəvi deyildi. Bu qırğında əsas cəllad, polkovnik Pelisye idi. Hadisələrin mahiyyəti belə idi ki, həmin ilin yanvarında tarixdə məşhur olan sufi üsyanı zamanı böyük döyüş baş verir. O dövrdə Fransa müstəmləkəçilərinə qarşı mübarizədə sufi təliminin müxtəlif qolları iştirak edirdi: Qadiriyyə, Derkaviya və Toebiyyə.
Üsyanda iştirak edən “Avlyad Riyax” tayfası cənubda – Tensdə yaşayırdılar. Qəbilə “yandırılmış torpaq” siyasətinə uyğun olaraq məğlub oldu, bütün əmlakı talan edildi və yandırıldı. Qəbilənin minə yaxın sakini qaçaraq Fəraşiş mağarasında gizlənir. Onların arasında kişilər, qadınlar və uşaqlar da var idi. Pesilye mağaranın hər tərəfdən mühasirəyə alınmasını əmr edir və qəbilədən təslim olmağı tələb edir. Cavab olaraq atəş açılıb.
Pesilye əmr edir ki, odun gətirilib mağaranın girişində qalaqlanaraq yandırılsın və tüstü mağaraya yönəldilsin. Beləliklə, Pesilye qəbilə üzvlərini mağaradan çıxmağa məcbur etmək istəyirdi, yoxsa boğularaq öləcəkdilər. Faciə mindən çox insanın boğularaq ölməsi ilə başa çatır.
İnqilabi hərəkatın liderlərini qorxutmaq siyasəti yeridən Fransa hakimiyyəti 1849-cu ildə Zaatişa qəbiləsinin üsyanı başlayanda yenidən soyqırımına əl atır. Komandir Gerpion hərbi iqamətgahın yaxınlığında dar ağacı qoyulmasını əmr edir və orada üç kəsilmiş baş qaldırılır: Şeyx Buzyan, onun oğlu və hacı Mussa Əd-Darkavinin başları.
Fransanın Əlcəzairdəki siyasəti və azadlıq hərəkatına qarşı amansız mübarizə üsulları bütün beynəlxalq qanunlara, hər şeydən əvvəl, bir çox ölkələrin imzaladığı Cenevrə Konvensiyasına zidd idi. Bu Konvensiya müharibə edən tərəflərdən qanunlara riayət etməyi, hərbi əsirlərə və mülki şəxslərə qarşı humanist rəftar tələb edirdi. Bu qanunlar hamıya yox, yalnız ağ irqə aidmiş.
Məlumdur ki, Fransa bu Konvensiyanı imzalayan ölkələrdən biridir. Amma Fransa özünü qatı cinayətkar kimi aparır. Bunu sübut etmək üçün Beynəlxalq Müharibə Cinayətləri Tribunalının üzvü, məşhur yazıçı Simona de Bovuarın ifadələrindən sitat gətiririk:
“Biz fransızlar soyqırımın ortağı olmuşuq. Sülh yaratmaq bəhanəsi ilə silahlı basqınlar zamanı Əlcəzair əhalisinin bir milyondan çoxunu qətlə yetirdik. Biz bütöv kəndləri sakinləri ilə birlikdə yandırdıq, əhalini qırdıq, doğulmamış uşaqları ana bətnindən çıxardıq, işgəncə ilə öldürdük. Bütün qəbilələr soyuqdan və aclıqdan əziyyət çəkdi, konsentrasiya düşərgələrində epidemiyalardan öldü. Bu düşərgələrdə yarım milyona yaxın əlcəzairli həlak oldu”.
Fransızların Əlcəzairdə törətdiyi işgəncələrdən, hətta İkinci Dünya müharibəsi zamanı nasistlər də istifadə etməyiblər.
Fransızlar əlcəzairliləri tüfənglərin qundağı ilə döyüblər, üstünə öyrədilmiş itlər qısqırdıb, bədənlərini itlərə yedirdib, ən həssas yerlərindən elektrik cərəyanı keçirib, şüşə qırıqlarının üstündə oturmağa məcbur ediblər. Qarınları şişənə qədər zorla su içirdiblər, sonra suyu çıxarmaq üçün onların üstünə çıxıblar. İnsanların ağzından, qulaqlarından, burnundan su çıxmağa başlayıb. Qırmızı-isti maşa ilə dırnaqları çıxarıblar, kirpikləri yandırıblar, baş dərisini soyublar, bədənin bir hissəsini ağaca, digərini isə avtomobilə bağlayıblar.
İnsanlar öz məzarlarını qazmağa məcbur edilir, içərisinə atılır və boyunlarına qədər basdırılır, susuzluqdan ölürdülər. Digərləri ağırlıq daşımağa, dilləri ilə yolu süpürməyə, at yerinə karetalara qoşulmağa, samanı havaya atmağa, sonra isə yığmağa, on saat fasiləsiz qaçmağa məcbur ediliblər. Məcbur ediliblər ki, divarlar çəksinlər, söküb yenidən tiksinlər. Yerli əhaliyə qarşı bu cür işgəncələrdən istifadə olunurdu ki, bunlar da insanlıq anlayışına ziddir. Əhalinin işgəncə və məhv edilməsi “sənətini” öyrətmək üçün fransızlar Skikda şəhərində 11 may 1958-ci ildə fəaliyyətə başlayan "xüsusi məktəb" təsis edirlər.
Fransa hökuməti bütün bu pozuntuları yaxşı bilirdi və hətta gizli şəkildə nəzarət edirdi, amma guya heç nədən xəbəri yox idi. Əlcəzairdə xidmət etmiş fransız hərbçilərinin xatirələri, etirafları onların rəhbərliyinin hərbi cinayətkar kimi mühakimə olunması üçün kifayətdir.
Əlcəzairin Fransadan müstəqilliyinə dəstək aksiyası. XX əsrin 50-ci illəri
1987-ci ilin iyununda fransız müstəmləkə sisteminə qarşı çıxan hüquq müdafiəçisi, fransalı professor Jak Ferqas Leon şəhərində GESTAPO-nun keçmiş rəhbəri, İkinci Dünya müharibəsi zamanı insanlıq əleyhinə cinayətlərdə ittiham edilən 73 yaşlı Klaus Barbieri müdafiə edir.
Məhkəmədə vəkil Ferqas Fransa ədliyyəsinin nümayəndələrinə xatırladıb ki, Fransa da əlcəzairlilərə işgəncə verməklə, onları məhv etməklə, öz vətənlərindən deportasiya etməklə, qətlə yetirməklə, bütün kəndləri yandırmaqla məşğul olub. Bu cinayətlər Fransa tarixində qara ləkədir. Vəkil sözlərini sübut etmək üçün Əlcəzairin azadlığı uğrunda mübarizə aparan şahidlərin, eləcə də Fransa ordusunun əsgərlərindən birinin ifadəsinə istinad edib.
Fransanın Əlcəzair xalqına qarşı yürütdüyü siyasət Fransanın üzündə heç bir makiyajın gizlədə bilməyəcəyi qara ləkə idi və belə olaraq qalır və bu gün “fransız sivilizasiyasının nailiyyətlərinə” heyran olan ərəblər bunu da yadda saxlamalıdırlar. Tarix isə əlcəzairlilərin qanına bulanmış səhifələri həmişə saxlayacaq və bir gün Əlcəzair fransız cəlladlarından hesab təqdim edəcək.
Səxavət Həmid
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı