Nida Təhlil
“Diktatora ölüm” şüarı İran aksiyalarının əsas mahiyyətidir - TƏHLİL
“İranda baş verən etiraz aksiyaları fonunda istər indiki hakimiyyət, istərsə də yerinə gələcək iqtidar ölkəni idarə edə bilməyəcək və ölkədə yenilənmə baş verəcək. Bu hadisələrin fonunda yeni bir qüvvə ortaya çıxacaq və ölkəyə yenilik gətirəcək. Çünki, 44 il ərzində ölkədə heç bir yenilik baş verməyib və islahat aparılmayıb. Bir neçə dəfə islahata cəhd olundu, amma həyata keçirilmədi”.
Bu fikirləri Publika.az-a açıqlama verərərkən səsləndirən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan onu da əlavə etdi ki, baş verənlər əhalinin əvvəlki kimi yaşamaq istəmədiyini göstərir:
“İran cəmiyyəti artıq hakimiyyətin mürtəce siyasətini qəbul etmək istəmir, onlar. yenilik istəyirlər. Onların səsləndirdiyi “Diktatora ölüm” şüarına diqqət edin. Bu, hakimiyyətin dəyişilməsi deməkdir. Hazırkı diktator ya ölməli, ya da vəzifədən getməlidir ki, yerinə başqası gəlsin. Burada 4 əsas məqam var - İranlılar hakimiyyətin dəyişməsini, azadlıq, firavan həyat və qadın azadlığı istəyir. Əgər “Diktatora ölüm” varsa, diktatorun və hakimiyyətin dəyişdirilməsi şüarı varsa, deməli, konstitusiyanın dəyişdirilməsi məsələsi cəmiyyətin əsas gündəmindədir”.
İranda dövlət idarəetməsində prezident vəzifəsinin heç bir rol oynamadığını deyən ekspert qeyd etdi ki, ölkəni idarə edən və əsas söz sahibi olan ali rəhbər Ayətullah Seyid Əli Xomneyidir:
“Bu gün onun tutduğu mühafizəkar xətt prezident Rəisinin öz vəzifəsini icra etməyə imkan vermir. Əgər Rəisi başqa xəttə mənsub olsaydı, ölkədə kiçik də olsa, hansısa islahat aparmaq olardı. Aksiyaların uzunmüddətli olması, onun müəyyən qüvvələr və beynəlxalq dairələr tərəfindən dəstəklənməsi ilə əlaqədardır”.
Müsahibimiz düşünür ki, İranın zəifləməsi və əvvəlki gücünü itirməsi bugünkü aksiyaların yaranmasına səbəb oldu:
“2019-cu ildə, yəni koronavirusun pandemiyaya çevrilməsindən bir qədər əvvəl əsas müttəfiqləri olan Çinlə Rusiyanın başı indiki proseslərə qarışmamışdı. Pandemiyanın 2 ildən çox davam etməsi, İran iqtisadiyyatına ciddi təsir göstərdi. Üstəlik, Çinin iqtisadiyyatı ilə bağlı təhlükəli vəziyyətin yaranması, Rusiyanın Ukrayna müharibəsinə cəlb olunması İranın xaricdən dəstəyini zəiflətdi. Buna görə də ölkə daxili aksiyaların müddəti uzandı və əvvəlki aksiyalara nisbətən daha mütəşəkkildir”.
Bu aksiyaların hakimiyyət daxilindən, yaxud keçmiş hakimiyyət üzvləri tərəfindən idarə olunmadığı düşüncəsində olan S.Soltan hesab edir ki, bu, müxalifət hərəkatıdır:
“Bu, yeni düşüncənin hərəkatıdır! Buna görə də uzunmüddətli oldu. Aksiyaların əsas hərəkətverici və aparıcı qüvvəsi tələbələr, yeniyetmələr və gənclərdən ibarətdir. Onlar İran İslam inqilabından sonrakı dövrdə, yəni 1990 və 2000-ci illərdə doğulmuş nəsildir. Nə İran-İraq müharibəsini, nə Xomeynini, nə də inqilabı görüblər. Onlar yeni nəsildirlər və bu hərəkatı başladılar. Zaman keçdikcə, liderləri də, proqramları da bəlli olacaq. İndiki məqamda onların irəli sürdükləri şüarları və istiqamətləri hər kəsə bəllidir”.
Rövşən Ziya
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)