Nida Təhlil
Volkov burada gizlənir: Aksiyaya qarşı nə planlaşdırırlar?
Xankəndi yolunda aksiyanın üçüncü gündür davam etməsinə baxmayaraq, Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov iştirakçıların qarşısına çıxmır.
Volkovun gizlənməsinin səbəbi nədir?
Birincisi, Moskvanın təlimatı bu yöndədir:
- Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd, prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir;
- Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq;
İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa, ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir;
Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
