Nida Təhlil
Qərbi azərbaycanlılar hərəkətə keçir: tarixi torpaqlara qayıdışa hazırlıq başladı
“Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə mühüm mesajlar, tövsiyələr verdi, qayıdış konsepsiya haqqında danışdı. Ölkə başçısı çox düzgün və əsaslandırılmış milli hədəfləri göstərdi. Bu hədəflər uğrunda da insanları səfərbər etmək tapşırığı verdi, konseptual qayıdış proqramını hazırlamağı tələb etdi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Qarabağ probleminin həllindən sonra Prezident düzgün istiqamət götürüb, artıq ermənilərə təzyiqi çoxəsaslı və fundamental yolla icra etməyə keçmişik:
“Bu nöqteyi-nəzərdən, zənnimcə, Prezidentin müəyyən etdiyi hədəflər yerinə yetirilməli, qaldırılmış çox böyük milli məsələnin icrasına başlanılmalıdır. Dövlət başçısının, ermənilərin bu yerlərə gəlmə olduğunu və qədim, əzəli Azərbaycan torpaqlarında öz dövlətlərini qurduğunu xatırlatması, üstəlik, Azərbaycana qarşı yeni ərazi iddialarını əsaslandırmağa çalışmaları fonunda bu məsələni qaldırması çox böyük əhəmiyyətə malikdir”.

Q.Hüseynli İrəvanın tarixini dəyişdirmək və erməniləşdirmək məqsədilə şəhərin arxitekturasını dağıdan, bu məqsədlə milyardlarla pul xərcləyən ermənilərin tariximizə vurduqları zərbəni beynəlxalq səviyyədə təqdim etməyimizin vacibliyini qeyd edib:
“Ermənilərin bu barbarlığını oradakı mədəni irsə təcavüz, tarixən bu ərazilərdə yaşamış xalqın izini itirmək kimi qiymətləndirmək olar. Çünki 1893-cü ildə rusların apardığı siyahıyaalmada göstərilir ki, İrəvan şəhərində ümumi əhalinin 83 faizi azərbaycanlılar olub. Orada bir çox tarixi abidələr var idi. Azı 17-yə qədər məscid olub. Tarixi, mədəni və dini abidələrin hamısını məhv edib, ermənilər izimizi silməyə çalışıblar. Məqsədləri o idi ki, həmin ərazilərdə azərbaycanlıların yaşamadığı haqda təsəvvür yaratsınlar. Amma o ərazilərin, abidələrin fotoşəkilləri var. Üstəlik, tarixi sənədlər var, bütün bunlarla erməni barbarlığını faş etmək üçün bütün istiqamətləri müəyyənləşdirmək olar”.
Akqabay Mıradov
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı







































