Nida Təhlil
Azərbaycanda İran rejiminin gizli təbliğatını necə aparırlar? - FAKTLAR
- “Əfsanəvi generala qarşı terror aktından üç il ötür”;
- “İslam ümməti tezliklə şəhid generalın başladığı qəti qələbənin şahidi olacaq”;
Azərbaycanın informasiya məkanında Qasım Süleymani haqda belə təqdimatlara rast gəldikdə sual yaranır: bu media resursları kimə işləyir? İranın Azərbaycan informasiya platformasında qurduğu şəbəkədə hansı resurslar yer alır?
Qasım Süleymani İran üçün “milli qəhrəman” ola bilər, lakin onun Azərbaycanda konstitusiya quruluşunu devirmək məqsədilə açıq fəaliyyət göstərən, Nardaran, Gəncə hadisələrinin əsas təşkilatçısı olan “Hüseyniyyun” qruplaşmasının “xaç atası” olduğu sirr deyil. O da sirr deyil ki, Süleymani birinci Qarabağ müharibəsində Ermənistanın işğalçı ordusuna dəstək vermişdi və işğal dövründə bu kimi fəaliyyətləri davam edib. Onun birbaşa dəstəyi ilə yaradılan “Hüseyniyyun” qruplaşmasının üzvləri bu gün də Ermənistana dəstək verməyə davam edirlər. O zaman sual yaranır, Azərbaycanda fəaliyyət göstərən media orqan(lar)ı Azərbaycan dövlətinə qarşı olan şəxsi niyə “əfsanələşdirərək”, təbliğ edir?!
"İnteraz" və "Salamnyus"da Qasım Süleymaninin təbliği
Söhbət “İnterazTv” və “Salamnyus” agentliyindən gedir. Və media cameəsinə bu informasiya resurslarının İrana bağlı olduğu, molla rejiminin təbliğatını apardığı bəllidir. Hərçənd, hər iki media resursunu İranın informasiya şəbəkəsindəki digər resurs və platformalardan fərqləndirən bir neçə məqam var:
1. Xəbər siyasətində açıq və radikal xətdən istifadə edilmir;
2. İran rejiminin xeyrinə təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilir;
3. Molla rejiminin əleyhinə olan informasiyalara birmənalı şəkildə qadağa qoyulub, əvəzində İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür;
4. İnformasiya siyasəti, hər iki media resursunun İran rejiminə bağlı olduğunu maksimum gizlətmək üzərində qurulub;
Hər iki media resursunun İran rejiminə bağlılığını təkcə informasiya siyasəti yox, həm də maliyyə mənbələri də təsdiq edir.
“İnterazTv” 2002-ci ildə Moskvada təsis olunub. İlk təsisçi və prezidenti mərhum jurnalist Saleh Xudiyevdir və yarandığı vaxt əsas hədəfi Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği olub. Lakin məlumatlara görə, sonradan İran rejimi kanalı ələ keçirir. Kanalın “haqqımızda” bölməsində məqsəd kimi “milli-mədəni dəyərlərin təbliği” qeydi saxlanılsa da, molla rejiminin təbliğat xətti əsas istiqamət olaraq seçilir.
Kanalın saytında təbliğat, gündəlik xəbərlər üzərindən həyata keçirilsə də, peyklə yayımımlanan verilişlərində bu, daha açıq formada əksini tapır: molla rejiminin ideoloji xəttinə uyğun dini verilişlər yayımlanır, xəbərlər həm bölgədə, həm dünyada rəsmi Tehranın mövqeyinə uyğun tirajlanır və s;
Kanalın arxasındakı şəxs kimdir?
Məlumatlara görə, İran rejimi kanalı ələ keçirdikdən sonra maliyyələşmə və nəzarət işini Hacı Mətləb Bağırov adlı şəxs həyata keçirir. Əslən Cəlilabad rayonundan olan Mətləb Bağırov Qumda təhsil alıb. Daha sonra Moskvada biznes qurub, əsasən Rusiyada yaşasa da, İrana intensiv səfərlər edir və bu gün belə Qum şəhərində dini mövzularda tələbələrə moizələr oxuyur. M.Bağırovun Rusiyadakı soydaşlarımızın Qumda təhsil almasını və İran xüsusi xidmət orqanları ilə əlaqələr qurmasında “vasitəçi” rolu oynadığı haqda məlumatlar var. O cümlədən, onun Tale Bağırzadə və dəstəsi ilə sıx əlaqələrinin olduğu deyilir. Sosial şəbəkə platformalarında çıxışlar edən M.Bağırov İran rejiminin əsas təbliğatçılarındadır. Kanalın Bakı ofisindəki əsas nəzarətçi (eyni zamanda, “salamnyus” agentliyində də) Mətləb Bağırovun dostu, İslam Partiyasının üzvü olmuş Rəşad Dadaşov adlı şəxs olub. 2016-cı ildə kanalda əməkdaşların əmək haqları ilə bağlı problem yarananda da M.Bağırovun adından kollektivlə görüşən şəxsin də R.Dadaşov olduğu haqda məlumatlar mediada yayılıb.
İranın Rusiyada təsis edilən “İnteraz”ı ələ keçirməsində əsas ehtimallardan biri iz azdırmaq, Azərbaycanda həyata keçirilən təbliğatın arxasında olmadığını göstərməkdir. Maliyyənin uzun illər Rusiya üzərindən göndərilməsi də buna hesanlanmış addımlardandır.
“İnteraz” əvvəl “Azərspace”nin peyki üzərindən yayımlansa da, 2017-ci ildən yayımı dayandırıldı. Məlumatlara görə, səbəb peyk yayımına görə 75 min manata qədər borcun ödənməməsi olub.
2017-ci ildən sonra kanalın yayımı “Türksat”a keçirilib. O cümlədən, baş ofisinin Türkiyəyə köçürüldüyü qeyd olunur. Lakin kanalın saytında baş ofisin hələ də Rusiyada olduğu göstərilir: “Moskva şəhəri, Naximovski prospekti, ev 51/21, ofis 304”; Bu da İran rejiminə bağlı media resursunun fəaliyyətində iz azdırmaq gedişlərindən biri ola bilər.
Kanalın Bakı ofisi isə “Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29” ünvanında yerləşir. Eyni ünvanda “Salamnyus” agentliyi də fəaliyyət göstərir. “İnteraz”-ın saytında əsas üç tərəfdaşdan biri kimi də “salamnyus”un adı qeyd olunur. Hər iki media resursu Hacı Mətləb Bağırov tərəfindən idarə olunur.
Faktlar təsdiq edir ki, İran rejiminin Azərbaycanda əsas təbliğatçısı olan media resursları hələ də qalmaqdadır və bu resursları daha təhlükəli edən onların gerçək niyyətlərini gizlədə bilməsi, təbliğata məhz lazımi məqamda qoşulmasıdır, Qasım Süleymani haqda aparılan təbliğat bunu növbəti dəfə təsdiq etdi.
Molla rejiminin Azərbaycan auditoriyasına ünvanlanan bu təbliğat vasitələrinə - “İnteraz” və “salamnyus”a – qarşı hansı addımlar atmaq mümkündür;
- “Türksat” vasitəsilə yayımlanan “İnteraz”ın Azərbaycan auditoriyasına girişi məhdudlaşdırılmalıdır;
- Bu kanalın qardaş Türkiyədə fəaliyyətinin Azərbaycan dövlətinə qarşı olduğu faktı gündəmə gətirilə bilər, iki ölkə arasındakı müqavilələr buna imkan verir;
- Kanalın Bakı ofisi, eləcə də eyni ofisdə fəaliyyət göstərən agentliyin fəaliyyəti nəzarətə götürülə, maliyyə mənbələri araşdırıla bilər;
İran rejiminin Azərbaycana qarşı aqressiv siyasəti fonunda mollaların maliyyəsi və tapşırığı ilə yayımlanan bu kimi media orqanlarının fəaliyyəti informasiya təhlükəsizliyində risklər yaradır.
Asif Nərimanlı
-
İdman19:48
Azərbaycan kuboku matçında BƏDBƏXT HADİSƏ
-
Sosial19:36
AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA
-
Sosial18:48
Rüfət Səfərov saxlanıldı
-
Region18:24
İranda Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyuldu - FOTO
-
Qoroskop17:50
2025-ci ilin ən uğursuz 4 bürcü məlum oldu
-
Region17:10
Aksiyanın təşkilatçıları CƏZALANDIRILACAQ: Baş nazir OD PÜSKÜRDÜ
-
Sosial16:32
Jalə Əhmədovaya yüksək vəzifə verildi
-
Region16:10
Gürcüstan prezidentinin qaçacağı yer bəlli oldu: Bu ölkə sığınacaq verdi