Nida Təhlil
Polkovnikdən xəbərdarlıq: Ordumuzun əməliyyatları davam edəcək
“Azərbaycan Ordusu ölkə maraqlarını qorumaq üçün istər Ermənistan sərhədində, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mövqeləri daima təkmilləşdirir. Bu istiqamətdə müəyyən zəruri tədbirlər həyata keçirilir. Görürük ki, son vaxtlar vəziyyət getdikcə gərginliyə doğru inkişaf edir. Qarabağ iqtisadi zonasında separatçıların davranışları, həm də Ermənistanın hərbi siyasi rəhbərliyinin mövqeyi, sülhdən boyun qaçırması və regionda stabilliyə qarşı çıxan qüvvələrin aktivliyi ölkəmizi əlavə tədbirlər görməyə məcbur edir”.
Bu sözləri Publika.az-a açıqlamasında üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.
O bildirib ki, Azərbaycan dəfələrlə torpaq yollarından istifadə edərək Laçın dəhlizinə daxil olub qeyri-humanitar yüklərin daşınmasına qarşı xəbərdarlıqlar edib. Amma sülhməramlılar buna laqeyd yanaşıblar.
Hərbi ekspert qeyd edib ki, Laçın rayonu dağlıq ərazidə yerləşdiyi üçün qışda qar örtüyünün olması səbəbindən yollardan istifadə edilmirdi. O, hazırki vəziyyətdə isə bunun mümkünlüyünü ifadə edib:
“Bu səbəbdən, Azərbaycan ordusu əməliyyat keçirərək orada yolları lokal nəzarətə almaq üçün yüksəklikləri əldə edib. Bununla nəzarəti tam təmin edib. Ərazilərimizdə möhkəmlənmək ordumuza imkan verir ki, Laçın dəhlizində olan digər yolları nəzarətə götürə bilsin. Lokal nəzarət mexanizmi yaratsın. Sözügedən ərazilərdən yüklərin keçirilməsi, daşınması ilə bağlı məlumat sahibi olsun. Bunu qarşsını almaq üçün praktiki addımlar atsın və tədbirlər görülsün”.
Palkovnikin sözlərinə görə, rus sülhməramıların missiyalarını tam şəkildə yerinə yetirməməsi Azərbaycan ordusunun əməliyyat keçirməsinə zərurət yaratdı:
“Əlbəttə, orada olan qanunsuz silahlı dəstələrin sayının artması ilə bağlı məlumatlar mövcuddur. Əvvəl beş-altı mindən söhbət gedirdisə, indi bəzi məlumatlara görə, hətta səkkiz, on min olduğu ilə bağlı fikirlər səsləndirilir. Bu onu göstərir ki, Azərbaycan ərazisində qanunsuz silahlı dəstələrin nəinki tərksilah edilməsi və Azərbaycan ərazisindən qovulması, hətta onların sayının artırılması, döyüş sursatı daşınmasının artırılması faktları ilə üz-üzə qalmışıq.
Ona görə də, mövcud tədbirlər, əməliyyatlar bundan sonra da davamlı şəkildə görüləcək. İcra edilən son əməliyyatlar separatçıların silah-sursat cəhətdən qidalanmasının qarşısını almaq üçün bu yolları nəzarət altına almaq və yüklərin daşınmasının qarşısını kəsmək məqsədi daşıyır. Deyərdim ki, mövcud tədbirlər daimi xarakter daşıyır. Azərbaycan ordusu tapşırığı yerinə yetirmək üçün və yaxud təxribatın qarşısını almaq üçün hər an hazır vəziyyətdədir”.
Ayşən Rəhim
-
Sosial13:20
“Məşhur restoranların sahibi pulumu vermir” - VİDEO
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük