Nida Təhlil
AXCP-də içki qalmaqalı: Əli Kərimli İrana “göz vurur”
AXCP-də Ramazan ayı ilə bağlı təxminən iki həftə öncə başlanan qalmaqal davam edir. Qalmaqala səbəb partiya üzvü Baba Süleymanovun sosial şəbəkələrdə etdiyi paylaşımdır.
B.Süleymanovun masanın üzərində spirtli içkinin olduğu fotonu dostuna xitabən “üzrlü say, iftarımı bir az tez açdım” qeydi ilə paylaşması partiya rəhbərliyinin xoşuna gəlməyib. Paylaşıma şərh yazan cəbhəçilər bunu silməsi ilə bağlı onu təhdid də edib. Daha sonra partiya rəhbərliyindən ona irad bildirilib ki, Ramazan ayında spirtli içki içməsi və içkinin olduğu fotonu sosial platformalarda paylaşmasına görə üzr istəməlidir. B.Süleymanov isə buna etiraz edəndə “partiya qərarını müzakirə etmə, partiya qərarı müzakirə olunmaz, üzr istə” deyə tələb edilib.
Son məlumatlara görə, B.Süleymanov məlum paylaşımına görə AXCP sıralarından xaric edilib.
Azərbaycanda bütün kəsimlərin – dindarların, hətta ateistlərin belə hüquqları təkcə qanunlarla yox, cəmiyyətin plüralizm yanaşması ilə qorunur. İstəyən şəxs oruc tuta, istəməyən buna əməl etməyə bilər. Yaxud hər kəs bu kimi məsələlərə öz fikrini bildirə bilər. Bu kontekstdə AXCP-də baş verənlər suallar yaradır.
Özlərini “liberal-demokrat” adlandıran partiya üzvünü şəxsi paylaşımına görə niyə cəzalandırır?
B.Süleymanovun paylaşımından da görünür ki, o, dostu ilə zarafatlaşır və bu zarafatına görə cəzalandırılıb. Məlumdur ki, onun cəzalandırılması qərarı Əli Kərimli tərəfindən verilib. Əli Kərimlinin 20 ildən çoxdur sədr postunu zəbt etdiyi partiyada diktatura rejimi yaratdığı sirr deyil, B.Süleymanovla bağlı qərar da bunun sonuncu nümunələrindən hesab edilə bilər. Bu həm də çıxışlarında tez-tez söz azadlığından, demokratiyadan danışan, hakimiyyəti ittiham edən Əli Kərimlinin özünün danışdığı prinsiplərdən uzaq olduğunu bir daha ispat edir. Kərimlinin partiyada yaratdığı diktatura sistemi fonunda əslində o qədər də təccüblü deyil. Burada əsas diqqətçəkən məqam başqadır.
Əli Kərimlinin “dindarlığı” niyə indi tutub?
Avropalıların yanında liberal, şimaldakıların yanında bolşevik, camaat içində Əhli-Beyt aşiqi kimi görünən AXCP sədrinin budaqdan-budağa qonmaq təcrübəsi genişdir.
2003-cü ildə “qızılgül” taxırdı, 2005-ci ildə narıncıya bürünmüşdü, 2005-ci ildən sonra liberal konstyumunun üzərindən əba geyindi, özünü Əli aşiqi elan etdi, 2013-cü ildə ruslarla masaya əyləşdi, 2015-ci il Nardarann hadisələrindən sonra yenidən Əhli-Beytçiyə çevrildi, 2018-ci il Gəncə terrorundan sonra əbasını gizlətməyə çalışdı. İndi yenidən “dindar libasını” geyinib, Ramazanla bağlı siyasi fətva verir. Təsadüfdürmü? Xeyr, əslində B.Süleymanovun “dost zarafatı”, yaxud öz şəxsi hesabında sərbəst fikrini bildirməsinə kəsilən cəza çox nəsnələrdən və Əli Kərimlinin yan almaq istədiyi limandan xəbər verir.
AXCP-də baş verən içki qalmaqalının pərdəarxasına nəzər yetirdikdə gerçəkləri Azərbaycan-İran qarşıdurmasında axtarmaq lazımdır.
Tehranın din adı altında Bakıya hücumlarının davam etdiyi vaxt, xüsusilə səfirliyimizə və Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törətdiyi terror aktından sonra ölkədə İran şəbəkəsinin neytrallaşdırılması prosesi genişlənib. Hadisələrin inkişafı İran rejiminin Azərbaycanda iki istiqamətdə hərəkət edəcəyi gözləntisini artırır:
1. “Dindar” adı altında gizlənən öz şəbəkəsini qorumağa çalışmaqla yanaşı, inanclı kəsim üzərində təsir imkanlarını artırmaq gedişləri edəcək: artıq casus şəbəkəsinə qarşı keçirilən əməliyyatların “dindarlara təzyiq edilir” fonunda təbliğatına start verilib;
2. Ölkədə müxalif siyasi qüvvələri dəstəkləmək gedişi edə bilər: məqsəd dini kəsimlə siyasi qüvvələri eyni çətirin altına toplamaq və rəsmi Bakıya qarşı effektiv hücuma nail olmaqdır;
2013-cü ildən sonra bu ssenari tətbiq edilib. Radikal “Müsəlman birliyi hərəkatı” ilə AXCP arasında əlaqələr yaradılıb. Əli Kərimlinin məqsədi həm radikal dindarların hesabına elektoratını genişləndirmək, həm də İranın dəstəyini əldə etmək idi, Tale Bağırzadənin rəhbərlik etdiyi şəbəkənin məqsədi isə onlardan istifadə edərək, hakimiyyətə gəlmək və şəriət rejimi qurmaq idi. Nardaran hadisələrinə görə T.Bağırzadə həbs ediləndən sonra Əli Kərimli radikal dindarların yeni lideri rolunda çıxış etməyə başladı. Bu proses “Hüseyniyyun” terror qruplaşmasının üzvü Yunis Səfərovun Gəncədə törətdiyi terror aktına qədər davam etdi, bu teraktdan sonra İran öz şəbəkəsini qorumaq məqsədilə müəyyən qədər “yeraltına” çəkdi və Əli Kərimlinin planları da baş tutmadı.
Son hadisələrdən sonra İranın eyni ssenarini yenidən işə sala biləcəyi ehtimalı var və istisna deyil ki, bu ssenaridə AXCP sədri Əli Kərimliyə də rol veriləcək. Əli Kərimlinin içki məsələsinə görə Baba Süleymanı cəzalandırması da məhz İrana “göz vurmaq”, molla rejiminə “dindaram” pozasını vermək məqsədi daşıyır.
Publika.az
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO