Nida Təhlil
Regionda güc balansını dəyişmək planı - Ermənistanla son döyüş niyə baş verdi?
Ermənistanın sərhəddə törətdiyi souncu təxribat nəticəsində baş verən eskalasiya bu hücumun pərdəarxasına dair suallar yaratdı. Təxribatın hədəfi nə idi, arxasında hansı qüvvələr dayanırdı, proseslərin inkişafı necə olacaq?
Politoloq Yeganə Hacıyeva Publika.az-ın suallarını cavablandırıb.
O, öncəliklə baş verən anoloji prosseslərin xronologiyasına baxmağın vacibliyini vurğulayıb.
“2021-ci il noyabr ayının 14 və 17-si sərhəddə baş vermiş gərginlikdən sonra danışıqlar üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatından çıxdı və proseslərə Avropa Birliyi də cəlb olundu. Məhz həmin gərginlikdən sonra fevral ayında ilk dəfə Aİ tövsiyəsi ilə Fransa moderatorluğunda onlayn formada görüş oldu. Daha sonra isə aprel ayında Brüsseldə bir görüş oldu və bu, əslində proseslərə Avropa Birliyinin cəlb olunması idi. Xatırlatmaq istəyirəm ki, Aİ 44 günlük Vətən müharibəsindən sonra müharibə dövründə dağılmış infrastrukturların bərpası adı altında Ermənistana 2.6 milyard avro maya vəd etmişdi. Bir hissəsini də artıq köçürmüşdü. Sonrakı proseslərdə də dediyim kimi, faktiki olaraq bu proseslərə cəlb olundular və Brüssel formatı adlanan bir format yarandı”.
Y. Hacıyeva sərhəddə baş verən gərginliyin nəyə xidmət etdiyi sualını belə əsaslandırıb: “2022-ci ilin sentyabr ayının 13 və 14 tarixində baş verən proseslərdə isə Aİ məhz Ermənistana - Azərbaycanla sərhəddə öncə bir mülki missiya göndərdi. 2023-cü ilin yanvar ayında isə bunu yenilədi, yarımsilahlı missiya göndərdi. Beləliklə də, Ermənistan Azərbaycan sərhədində istənilən gərginlik Aİ-nin Cənubi Qafqaza girməsi üçün Avropa Birliyinin maraqlarının burada təmsil olunmasının əsaslarını formalaşdırması üçün bir prosesə çevrildi.
Bir neçə müddət öncə Avropa Birliyinin Ermənistan ərazisində olan mülki missiyasının rəhbəri Almaniyada yerli mediaya verdiyi müsahibələrinin birində qeyd etdi ki, Aİ-nin əsas missiyası Ermənistanı müdafiə etməkdir. Danışıqlarda delimitasiya və demarkasiya məsələlərində tərəflərin uzlaşması istiqamətində fəaliyyət göstərməli olan missiyanın əsl üzünü məhz onların rəhbəri açdı və dedi ki, onların əsas məqsədi Ermənistanı müdafiə etməkdir. Ermənistanı müdafiə etmək nə deməkdir? Beynəlxalq hüquqla başqasının ərazisini işğal edən maddi-mənəvi sərvətlərini, resurslarını, tarixi mədəniyyət nümunələrini, mülki əhalisinin infrastrukturunu dağıdan, talayan aqressor ölkəni müdafiə etmək Aİ-nin missiyasına çevrilib”.
Politoloq vurğulayıb ki, biz onların mülki missiyanın fikrini bir neçə cümlədə izah etsək, belə deməliyik: "Ermənilər hesab edir ki, hərbçiləri Azərbaycan ərazilərinə soxulmaqla təxribat törədə bilərlər. Bu halda Aİ onları müdafiə edəcək. Bizim legitim haqqımız olan sərhədlərimizin suverenliyi və təhlükəsizliyini müdafiə etmək haqqımızı tanımayacaq. Bir missiya kimi Ermənistanı beynəlxalq hüquqla aqressiv olduğu halda, müdafiəsinə qalxacaqlar. Əlbəttə, bu da Ermənistanı cəsarətləndirir. Ermənistan tərəfi hesab edir ki, onlar bu təxribatları rahatlıqla həyata keçirə bilərlər. Bu təxribatları da Avropa Birliyi regionda genişlənmək üçün imkan kimi dəyərləndiriləcək. Faktiki olaraq AB-ni Cənubi Qafqazda mövcud olmayan bir oyunçu kimi digər oyunçuların maraqlarının əleyhinə yerləşdirməklə, Ermənistan regionu ciddi təhlükəyə sürükləyir.
Məsələ ondadır ki, bu gün üçün faktların konstatasiyası belədir: Ermənistan daxilində Rusiyanın bazası var. Avropa Birliyinin mülki missiya adı altında yarımhərbi missiyası mövcuddur. Paralel olaraq Ermənistanın bu proseslərdə həm də digər tərəfdaşları, İranla müəyyən aktivləri var. Qeyd etmək lazımdır ki, təxribat da məhz İranın dronları ilə həyata keçirilib. İstər Naxçıvan tərəfdən, istərsə də Laçın tərəfdən, məhz İranın hərbi texnikası faktiki olaraq Ermənistanın xeyrinə kəşfiyyat əməliyyatları aparır".
“Bu prosesdə Ermənistanı təxribatlara nə sövq edir? sualının bir cavabı var: əlbəttə, Avropa Birliyi.
Digər bir məqam isə odur ki, bu ay Ermənistan həm də Yunanıstanla hərbi təlimlər keçirir. Axı Ermənistanın regionlararası hərbi təlimlər keçəcək hansı imkanları var? hər şey ortadadır. Yunanıstan isə faktiki olaraq NATO üzvü ölkəsidir, ciddi silahlara malikdir.
Nikol Paşinyan hesab edir ki, hərbi təlimləri Yunanıstanla keçirirsə, İranla müəyyən aktivləri varsa, üstünlük əldə edə bilər. Şamxani-Qriqoryan görüşündən cəmi bir gün sonra Ermənistan və Azərbaycan sərhədində təxribat baş verdi. Bu, artıq 2-ci dəfədir ki, onların görüşündən sonra Ermənistan Azərbaycanla sərhəddə gərginlik, hərbi təxribatlar törədir.
Ümumilikdə Azərbaycana qarşı geniş bir koalisiya var və bu koalisiya da paralel olaraq Ermənistan-Azərbaycan sərhədində gərginlikdən başqa, həm də Qarabağda müəyyən aktivlik yaratmağa çalışır. Bunlar hamısı ümumi koordinasiyalı oyundur. Məqsəd də Cənubi Qafqazda 44 günlük Vətən müharibəsindən sonra mövcud güc balansını yeni oyunçuların xeyrinə dəyişmək cəhdidir”, - deyə o yekunlaşdırıb.
Ayşən Rəhim
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO