Nida Təhlil
Moskva görüşündən gözlənti - İki ssenari ehtimalı var
“Bu gün baş tutacaq üçtərəfli Moskva görüşündə hansı nailiyyətlərin əldə olunacağı ilə bağlı ehtimallara gəldikdə, hesab edirəm ki, sülh prossesində irəliləyiş sayıla biləcək müəyyən sənədlərin imzalanması ehtimalı böyükdür. Bu barədə Rusiya mediası da məlumat yayıb ki, üçtərəfli görüşdə iki vacib sənədə imza atıla bilər".
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloq vurğulayıb ki, bu sənədlərdən birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı olması ehtimalı böyükdür:
"Moskvada dövlət başçılarının görüşündən iki gün öncə Kommunikasiyanın Açılması Üzrə İşçi qrupunun görüşməsi, iki ölkə arasında artıq kommunikasiya xətlərinin açılması ilə bağlı sənədin imzalanması bu ehtimalı artırır. Sülh prosesi, ümumiyyətlə, tərəflər arasında nəqliyyat kommunikasiya xətlərinin açılması vacib amildir. Çünki inteqrasiya və tərəflər arasında ticari, iqtisadi əlaqələr olmadan, kommunikasiya xətləri açılmadan hər hansı bir dayanıqlı sülhdən danışa bilmərik. Rusiya özü də bu sənəddə maraqlıdır. Belə bir sənəd imzalanarsa, Rusiya bir daha dünyaya ismarıc vermiş olacaq ki, bu prosesdə əsas iştirakçı mənəm. Əsas vasitəçi mənəm və yalnız mənim vasitəçiliyimlə ciddi irəliləyişlərlə addımlar atıla bilər və sülh yolunda hər hansı bir inkişaf yaşana bilər. Ümumilikdə Moskva görüşündə gözlənilən iki ssenari ehtimalı var. Əgər danışıqlar konstruktiv keçəcəksə, tərəflər arasında mövqelərdə yaxınlaşma baş verəcəksə, hər hansı bir sənədin, xüsusilə də nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı sənədin imzalanması ehtimalı böyükdür. Yox, əgər danışıqlarda əngəllər törədiləcəksə, həm Paşinyan, həm Rusiya tərəfindən destruktiv mövqe sərgilənəcəksə. Moskva danışıqlarında ciddi bir nəticə olacağını gözləmirəm”.
Politoloq bildirib ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, onun siyasi flügerlik nümayiş etdirmsi əvvəllər də praktikada özünü göstərib. İstisna edilməməlidir ki, o, öz fikirlərində dəyişikliyə yol verə bilər.
“Məlum məsələdir ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesində Vaşinqton və Brüssel formatından başqa, Moskva formatı da var. Burada bir nüans da diqqətdən yayınmamlıdır - Rusiya hər vəchlə Cənubi Qafqazdakı proseslərdə əsas iştirakçı statusunu qorumağa çalışır. Rusiyanın Vaşinqton və Brüssel formatlarına alternativ olaraq Moskvada görüş keçirmək istəyi bu proseslərdə həlledici rola malik olduğunu göstərmək istəyindən qaynaqlanır. Rusiya anlayır ki, bu gün Qərbin əsas məqsədlərindən biri Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Bu hədəfə gedən yol, ilk növbədə Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesindəki rolunun zəiflədilməsindən və ümumiyyətlə bu prosesdə iştirakdan çıxarılmasından gedir. Bu baxımdan Rusiya hər vəziyyətdə çalışır ki, Qərbin vasitəçiliyi ilə Cənubi Qafqazdakı proseslərə ciddi şəkildə təsir göstərilməsin. Özü proseslərə bir növ nəzarət etməyə çalışır. Həm də Rusiyanın digər dövlət rəsmilərinin, Vaşinqtonun və Brüsselin bölgədəki aktivliyinə nəzərən, narahatlığını açıq şəkildə görürük. Ermənistana gəldikdə, qarşı tərəf artıq dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Amma Paşinyan dəyişiklik edə bilər. Sözsüz ki, onun sabit siyasi iradəyə, mövqeyə malik olmaması sülh prosesini ləngidən faktorlardan biridir.
Zənnimcə, Rusiya çalışacaq ki, bu gün Moskvada hər hansı bir sənəd imzalansın ki, bununla ən azından dünya birliyinə bu prosesdə aparıcı rola sahib olduğunu göstərsin. Sadəcə burada vacib olan məqam odur ki, Ermənistan götürəcəyi öhdəliyə sona qədər sahib çıxsın, tutduğu mövqedən geri çəkilməsin. Biz buna da tam əmin deyilik. İyun ayında Kişinyovda baş tutacaq görüşdə Paşinyanın fərqli mövqe nümayiş etdirəcəyi də istisna edilməməlidir”.
Ayşən Rəhim
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO