Nida Təhlil
Heydər Əliyev hakimiyyətə gəlməsəydi... - 4 iyun Gəncə hadisələrinə BAXIŞ

“4 iyun Gəncə hadisələri həmin dövrdə olan iqtidarın buraxdığı kobud səhvlərin nəticəsi idi. 1991-ci ildə dövlət müstəqillini bərpa etsək də, bir-birinin ardınca hakimiyyətə gələn siyasi komandaların heç biri yeni ölkə qarşısında nəinki problemləri həll edə bilir, əksinə, daha ağırlaşdırırdı. Nizami ordu yaradılmamışdı, beynəlxalq münasibətlərdə Azərbaycanın müttəfiqlər sistemi alınmamışdı. Cəmiyyətdə milli birlik yox idi. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dəqiq konsepsiyalar yox idi. Eyni zamanda hakim komandalara təsadüfi adamların gətirilməsi sonradan elə komandaların özlərində daxili çırpışmanın olmasına gətirib çıxardı. Bu cəmiyyət üçün heç də sirr deyil. Xüsusilə, AXC-Müsavat cütlüyü özünün dövlət idarəçiliyində bacarıqsızlığını göstərdi. Cəbhə xəttində vəziyyət daha da ağırlaşdı. Ordu siyasi proseslərə cəlb edildi. Sürət faktını əslində həmin iqtidarın özü yaratmışdı və nəticədə də belə bir situasiyaya gəlib çıxdı. Həmin vəziyyətdə Azərbaycan üçün çox ağır fəlakətlər gözlənilirdi”.
Bu sözləri Publika.az-a açıqlaması zamanı Milli Məclis deputatı Aydın Mirzəzadə deyib.
O, bildirib ki, Heydər Əliyevin həmin dövrdə böyük siyasətə qayıdışı ölkəni vətəndaş müharibəsindən xilas etdi.
“Ümumilli liderin prezident Elçibəy ilə görüşərək, sonradan vəziyyətdən çıxış yolunu tapması ölkəni vətəndaş müharibəsinin gerçəkləşməsinin qarşısısını aldı. Uzunmüddətli siyasi, hərbi böhrandan xilas etdi. Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bir dövlət intizamı yarandı. Dağlıq Qarabağ problemi ilə bağlı dövlətin konkret mövqeyi ortaya qoyuldu. Beynəlxalq birlikdə Azərbaycan öz sözünü qətiyyətlə deməyə başladı. Cəmiyyətdəki parçalanmaya, ordunun siyasi proseslərə cəlb edilməsinə son qoyuldu. Onun ardınca 93-cü ilin noyabrında Horadiz tərəfdən 30-dan çox kəndin işğaldan azad edilməsi, 94-cü ilin aprelində Ermənistanın bütün cəbhə xətti boyu hücuma keçərək Bərdə, Yevlax, Mingəçeviri işğal edərək Azərbaycanın iki hissəyə parçalanmasının qarşısı alındı. 4 iyun hadisələrini, həmin dövrün AXC, Müsavat iqtidarının bacarıqsızlığı, milli inkişaf yolundan xəbərsizliyi yaratmışdı. Ancaq Heydər Əliyev hakimiyyətə gəlməklə Azərbaycanı böyük bir fəlakətdən qurtardı.
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və problemlərimizin tədricən həll edilməsi üçün ciddi addımlar atıldı və həmin yolu 2003-cü ildən etibarən indiki prezident İlham Əliyev qətiyyətlə davam etdirir. Bu gün Azərbaycanda milli birlik var, Azərbaycanda təbii sərvətlər xalqın problemlərinin həllinə yönəlir. İqtisadiyyatımız yenidən qurulub. Güclü, nüfuzlu dünyanın 50 ən güclü ordusu sırasında bir ordumuz var. Məhz Heydər Əliyev və İlham Əliyev yolunun nəticəsidir ki, 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Bu gün isə Azərbaycan, Ermənistan sülh müqaviləsinin bağlanmasında Azərbaycanın irəli sürdüyü prinsip müzakirə olunur. Yəni Azərbaycanın mövqeyi qətidir və ərazi bütövlüyümüz, suverenliyimiz əsas faktor kimi götürülür. Tarix bir daha göstərdi ki, hakimiyyətə təsadüfi adamlar gələndə, milli maraqlar siyasi ambisiyalara qurban veriləndə çox ağır nəticələr ola bilər. Amma bu, ağır nəticələrinin qarşısını cəmiyyətdəki nüfuzlu siyasi xadimlər ala bilər”.
Ayşən Rəhim
-
Sağlamlıq07:35
Bənövşəyi meyvə və tərəvəzlərin daha 2 faydası üzə çıxdı
-
İdman04:30
“Ferrari”də gərginlik artır: Hemilton görün nə tələb edir
-
Qoroskop00:15
Günün ulduz falı: Sezgiləriniz sizə bələdçi olacaq
-
ABŞ15 Oktyabr 23:07
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
-
ABŞ15 Oktyabr 21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal15 Oktyabr 20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman15 Oktyabr 19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 15 Oktyabr 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi