Nida Təhlil
BMT Laçın postuna görə təzyiq etdi, Əliyev geri çəkilmədi
Avropa Parlamentində “Ermənistan-Azərbaycan münasibətləri: Qarabağda vəziyyət və Laçın dəhlizi” mövzusunda dinləmələr keçirilib: məqsəd Qarabağdakı erməni əhalisinin “müdafiəsi” və Laçın yolundan sərbəst keçidin təmin edilməsi adı ilə postun götürülməsinə nail olmaqdır; Ermənistan və onunla eyni mövqedə çıxış edənlər Bakıya beynəlxalq təzyiqlə vəziyyəti dəyişə biləcəklərinə ümid edirlər, lakin nəticə sıfırdır;
Avropa İttifaqının xarici əlaqələr üzrə baş komissarı Cozep Borrell də etiraf edir ki, Laçın yolu ilə bağlı Bakıya BMT səviyyəsində təzyiq göstərməyə cəhd edilib, lakin heç bir nəticə verməyib.
Prezident İlham Əliyev zaman-zaman təzyiqlərlə üzləşdiyimizi qeyd edir, Borrellin sözləri də bunun təsdiqidir. Həm də onu təsdiq edir ki, Laçın postu da daxil olmaqla ümumiyyətlə Qarabağ məsələsində rəsmi Bakının mövqeyini dəyişdirmək mümkün deyil, yeganə yol bu mövqeyin bütövlükdə qəbul edilməsi və praktiki mərhələdə dəstəklənməsidir. Üçüncü tərəflərin mövqeyi nəticə etibarilə heç nəyi dəyişdirmir.
Erməni əhalisi Laçın sərhəd-keçid məntəqəsindən artıq pasport yoxlanılması ilə istifadə edirlər. Pasport yoxlanılması həm də Ermənistan vətəndaşlarının da Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısını almağa kömək edir. Erməni mediası yazır ki, Qarabağda yaşamış Ermənistan vətəndaşlarının İrəvana gedişinə şərait yaradılıb, lakin onlar geri qayıtmaq istəyərkən, bu gün sərhəddən buraxılmayıb.
Bu, prosesin ilkin mərhələsidir, sonrakı mərhələdə Qarabağda qondarma “pasportu” olanların hərəkəti üçün Azərbaycan pasportu almaları tələbi də qoyulacaq.
Asif Nərimanlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

