Nida Təhlil
Ermənistanı dəli edən ABŞ səfiri: Türkiyəli diplomat Kvinin mesajının detallarını açıqladı
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə ümid etdiyini bildirib. Həmçinin diplomat Vaşinqtonun Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin Azərbaycanın tərkibində təmin oluna biləcəyinə inandığını söyləyib. Onun bu açıqlaması Ermənistanda böyük çaşqınlıq yaradıb. Ermənilər, artıq ABŞ-ın onların separatçı istəklərinə dəstək verməyəcəyini anlamağa başlayıblr.
Məsələ ilə bağlı Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Publika.az-a açıqlama verib. O qeyd edib ki, Vaşinqtonda olan danışıqlar iki ölkə arasında sülh sazişinin bağlanmasında önəmli rol oynayır:
“ABŞ dövlət katibi Entoni Blinkenin də təşəbbüsü ilə dəfələrlə hər iki dövlətin nazirləri bir araya gəlib. Amerika Fransadan fərqli olaraq Qarabağ məsələsinin həllinə səy göstərir. Bununla da ABŞ problemləri açıq şəkildə gördüyünü bəyan edir. ABŞ-ın Qarabağda olan proseslərdə yürütdüyü siyasət və göstərdiyi diqqət obyektivdir.
Hər səfirin etdiyi kimi Kristina Kvin də öz ölkəsinin siyasətini yürüdür. Diplomatın verdiyi açıqlamalar Vaşinqtondan aldığı məlumatlarla bağlıdır. Açıqlamalar yerində və doğru verilir”.
Politoloq bildirib ki, əgər ermənilər zəngin biri kimi yaşamaq istəyirlərsə Azərbaycanda, kasıb kimi yaşamaq istəyərlərsə Ermənistanda yaşasınlar:
Azərbaycan Prezidenti tərəfindən Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunacağı dəfələrlə bildirilib. Bu da onu göstərir ki, vətəndaşlar Qarabağda daha rahat yaşayacaqlar.
Ermənistan barış istəyirsə, ən tez zamanda bu şərtlərlə razılaşmalıdır. İrəvanın bu məsələdə müzakirə edə biləcəyi ən doğru seçim rəsmi Bakıdır. Onun üçün də digər alternativlərdən istifadə etmək məsələni sadəcə uzadır. Gedən proseslərdə Türkiyənin mövqeyi Qarabağ məsələsinin Azərbaycanın yürütdüyü siyasətlə həll olunmasıdır. Ümumi yanaşmalara baxsaq, görərik ki, gedən proseslər Azərbaycanın xeyrinədir”.
Aysel Şahmar
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO











.jpg)






.jpg)
















.jpg)

