Nida Təhlil
Paşinyanın Kremlə zəngi: separatçılar Putindən Bakı ilə bağlı nə istəyir?
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib, ardınca Xankəndindəki separatçıların “başçısı” qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib və orada qeyd olunub ki, İrəvandan Kremlə edilən telefon zəngi Araikin xahişi ilə baş tutubmuş.
Bundan öncə Araikin Putinə “bizi xilas et” motivli məktub yazmışdı, görünür, separatçılar Kremlə çıxış tapmaq üçün Paşinyandan da vasitəçilik etməyini istəyib.
Separatçıların iki məsələdə ciddi qorxusu var:
Birincisi, Azərbaycanın növbəti əməliyyat keçirməsi ilə bağlıdır: Bakı erməni qoşunların çıxarılmasını, bütün silahlı dəstələrin tərk-silah edilməsini tələb edir və bu istiqamətdə praktiki addımların atılması gözləntisi böyükdür;
İkincisi, təminat məsələsidir: Ermənistanın təxribatından sonra Laçın postundan yüklərin keçirilməsi dayandırılıb və Bakı erməni əhalisinin ehtiyaclarını təmin edə biləcəyi təklifini irəli sürüb; separatçılar buna imkan vermir, hərçənd, zaman onların əleyhinə işləyir;
Putindən əsas istəkləri də Bakının mümkün əməliyyatının qarşısını almaq və Laçın postunun açılmasına nail olmaqdır. Paşinyanın zəngində toxunduğu əsas məsələlər də bunlardır. Lakin Moskvanın Bakının qarşısını almayacağı, yaxud mövcud şərtlərdə buna nail ola bilməyəcəyi aydın görünür. Laçına postun qurulması və sonrakı dövrdə baş verənlər də bunu deməyə əsas verir.
Asif Nərimanlı
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi



































