Rusiyanın qısqanclığı: Vasitəçilərin toqquşan maraqları sülh prosesini ləngidir
Bizi izləyin

Nida Təhlil

Rusiyanın qısqanclığı: Vasitəçilərin toqquşan maraqları sülh prosesini ləngidir

Rusiyanın qısqanclığı: Vasitəçilərin toqquşan maraqları sülh prosesini ləngidir

Hesab edirəm ki, Rusiyanın bu mövqeyi onun qısqanclığından irəli gəlir. Qərbin regionda sülh, təhlükəsizlik və dövlətlərarası münasibətlərin normallaşması üçün göstərdiyi təşəbbüslər onu narahat edir. Bu da ki, onun tarixən hər zaman Cənubi Qafqaz bölgəsi üzərində dominantlıq nümayiş etdirməsilə əlaqədardır. Odur ki, bu gün kənar geosiyasi aktorların regional nizamın bərpasına cəhdləri Rusiya üçün qəbulolunmaz xarakter daşıyır.

Bu sözləri Publika.az-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçarın guya Bakı ilə İrəvan arasında tələsik hazırlanmış sülh müqaviləsinin yeni münaqişələrə səbəb olacağı ilə bağlı fikirlərini şərh edərkən politoloq İlyas Hüseynov deyib.

İ.Hüseynov qeyd edib ki, Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması prosesində Rusiyanın rolunu danmaq olmaz. Kommunikasiya xətlərinin açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması onun əsas məqsədidir. Lakin Rusiya da reallığı qəbul edib, onunla barışmalıdır:

"Vətən müharibəsindən sonra Qərb, yəni Avropa İttifaqı və ABŞ aktivlik nümayiş etdirməyə başlayıb. Biz bu aktivliyin istər Brüssel formatında, istərsə də Vaşinqton formatında təşkil edilən görüşlərdə şahidi olmuşuq. Qərb müstəvisində Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min həmvətənimizin taleyi, sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya ilə bağlı bir sıra fikirlər irəli sürülüb ki, onlar tərəfimizdən dəstəklənib. Təbii ki, sülhə nail olmaq isə Qərbin siyasi gündəliyinin əsasını təşkil edir".

Politoloq sonda onu da vurğulayıb ki, bu gün regionda vasitəçilərin maraqlarının toqquşması sülhə gedən yolu uzadır.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm