Nida Təhlil
Separatçılara qarşı yeni antiterror əməliyyatı qaçılmazdır: Əgər Ermənistan müdaxilə etsə...
Danışıqlar iki ölkə arasında olur. Qarabağda yaşayan ermənilərlə aramızda isə yalnız dialoq ola bilər. Araik Arutyunyana gəldikdə, o, bunu çox gözəl başa düşür ki, elə biri ilə dialoq qeyri-mümkündür. Çünki o, hərbi cinayətkardır.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
İ.Vəlizadəyə görə, dialoqun baş tutmaması üçün Arutyunyan bütün təxribatlara əl atacaq:
"Azərbaycan tərəfi ilə Qarabağ erməniləri arasında baş tuta biləcək mümkün dialoq yalnız onların reinteqrasiyasına hesablanmayıb. Dialoqun nəticələrindən biri də əli azərbaycanlıların qanına bulaşmış kəslərin cəzalandırılması olacaq. Təbii ki, bu da Araikə sərf etmir. Odur ki, separatçılar müxtəlif xarici qrupların maraqlarını özlərinə cəlb etməklə regionda mövcudluqlarını qoruyub saxlamağa can atırlar".

Politoloq bildirib ki, separatçılara qarşı yeni hərbi əməliyyat qaçılmazdır. "Əgər Ermənistan həyata keçirəcəyimiz antiterror tədbirinə qarşı dövlət səviyyəsində müdaxilə etsə, bu addım artıq hərbi əməliyyatdan müharibəyə keçidlə nəticələnə bilər", - o vurğulayıb.
Politoloq yekun olaraq qeyd edib ki, əslində separatçıları tərksilah etmək, onların təhdidlərinin qarşısını almaq Rusiya sülhməramlı qüvvələrinin əsas öhdəçiliyi olsa da, Azərbaycan tərəfi bu yöndə heç bir aktivliyin şahidi olmur.
Mehti Kamiloğlu
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Hadisə10 İyul 21:39Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial10 İyul 11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO


















.jpg)



















