Nida Təhlil
Sazişin imzalanması prosesi ləngiyəcək - Elxan Şahinoğlu
Ermənistan bir tərəfdən Azərbaycandan BMT-yə şikayət edib, Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirəsində israrlıdır, digər tərəfdən Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırır.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“BMT Təhlükəsizlik Şurasında Ermənistanın şikayətinə baxıla bilərmi? Təhlükəslzik Şurasının daimi üzvü olan Fransa müzakirə təşəbbüsü ilə çıxış edə bilər. ABŞ və Böyük Britaniya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etsələr də, müzakirənin keçirilməsinə razılıq verə bilərlər. Təhlükəsizlik Şurasının dördüncü daimi üzvü Çin müzakirənin nə “lehinə”, nə də “əleyhinə” olacaq. Yerdə qalır Rusiya. Ukrayna müharibəsi fonunda Qərb-Rusiya münasibətləri gərgindir. Müharibədən əvvəl də BMT Təhlükəsizlik Şurasında Qərb və Rusiya bir-birinə zidd qərarlar verirdi. Rusiya böyük ehtimalla bu dəfə də Qərb ölkələrindən birinin təşəbbüsünü dəstəkləməyəcək. Rusiya bunu həm də ona görə etməyəcək ki:
1. Cənubi Qafqaz mövzusu beynəlmiləlləşməsin;
2. Azərbaycanla sözdə olan tərəfdaşlığı zədələnməsin.
Rusiya Fransanın təşəbbüsünü neytrallaşdırdığı halda İrəvan-Moskva münasibətlərində növbəti gərginlik yaşanacaq, Qarabağ separatçıları da narazı qalacaqlar. Bu isə bizim işimizə yarayacaq”, - politoloq bildirib.
“Bəs Ermənistan Laçın yolunun yaxınlığına niyə hərbi texnika cəmləşdirib?” sualına E.Şahinoğlu belə cavab verib:
“Aydındır ki, Ermənistan ordusunun Azərbaycana hücum edəcəyi halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər. İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə əzələ nümayişi həyata keçirdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq. Bu sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır”.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı




































