Nida Təhlil
Erməni lobbisindən İsrail prezidentinə məkrli müraciət: Hansı addımı atmalıyıq?
İsrailin “Wella” saytı məlumat verir ki, İsrailin bir qrup alim və ziyalısı prezidenti İshak Herzoqa müraciət edərək Azərbaycan və Ermənistan arasında “mübahisəli Dağlıq Qarabağ bölgəsində” cərəyan edən humanitar böhranın həllinə köməklik göstərməyi xahiş ediblər.
"İsrail dövlətinin regiondakı vəziyyətə cavabdeh olan Azərbaycanla sıx əlaqələri, demək, bu böhranın sona çatmasına kömək etmək imkanı var. İsrail müdaxilə etmək və dayanmamaq kimi mənəvi öhdəliyə malikdir”- deyə müraciətdə bildirilir.
Sayt iddia edir ki, “120.000 əhalisinin əksəriyyətinin erməni mənşəli olduğu ərazi son səkkiz aydır faktiki olaraq azərbaycanlıların mühasirəsindədir və bu, ərzaq və dərman kimi zəruri malların daşınmasını çətinləşdirir”.
Sayt xatırladır ki, İranla həmsərhəd olan İsrail və Azərbaycanın sıx əlaqələri var və 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun istifadə etdiyi İsrail istehsalı olan silahlar həlledici rol oynayıb. Hazırda bağlanmış Laçın dəhlizi kimi tanınan yol “erməni anklavı”na girib-çıxan yeganə keçiddir və məktub müəlliflərinə görə, “onun bağlanması sakinləri əzablara və məhrumiyyətli həyata, hətta onları aclıq və xəstəlikdən kütləvi ölümə məhkum edə bilər...Son həftədə bir neçə beynəlxalq qurum, o cümlədən BMT ekspertləri və ABŞ-ın dövlət katibi Entoni Blinken sakinlərin həyatı üçün real təhlükə və Azərbaycanın humanitar yardımların tətbiqinə icazə verməsinə təcili ehtiyac barədə xəbərdarlıq edib”.
“Azərbaycanın imzaladığı müqavilələrə zidd hərəkətlər etdiyi və kəskin humanitar böhrana səbəb olduğu bir vaxtda bu ölkəyə göstərdiyimiz yardımlar bizim üzərimizdə xüsusi mənəvi məsuliyyət qoyur, hətta bizə mühüm imkan yaradır...Bizim indiki zamanda, xüsusən də erməni xalqı ilə çoxillik və çoxşaxəli tarixi əlaqəmiz fonunda laqeyd qalmağımız mümkün deyil. İstər yəhudi tarixi, istərsə də erməni tarixi biganəliyə haqq qazandıran siyasi bəhanələri yaxşı bilir” - məktubda deyilir. Bununla müəlliflər xüsusi məkrlə İsrail ictimaiyyətin soyqırımı mövzusunda həssaslığına oymağa çalışırlar.
Məktub müəllifləri vurğulayırlar ki, onlar münaqişəyə siyasi müdaxilə deyil, “ağır təhlükə altında olan” bölgə sakinlərinə yardım gözləyirlər. Məktubda Azərbaycan-Ermənistan müharibəsinin İsrailin maraqları üçün doğurduğu “fəsadlar“ açıqlanır, qərar qəbul edənlərdən ona qarşı fərqli mövqe sərgiləmələri və müharibəyə regional və beynəlxalq töhfələri nəzərə almaları tələb olunur.
Xatırladaq ki, Hersoq bu ilin mayında İsrailin Azərbaycana rəsmi səfər edən ilk prezidenti olub, bundan sonra müdafiə naziri Yoav Qalant da Bakıya gəlib.
“Arabi21”(Livan) saytı məktubun meydana çıxmasını İsraillə əlaqələri yaxşılaşıdrmağa və bu yolla Azərbaycanın müttəfiqləri ilə münasibətlərini korlamağa çalışan erməni lobbisinin əməlinin nəticəsi olduğunu yazır.
Məktubu imzlayanların kimlikləri da maraqlıdır. İsraildəki erməni lobbisi əvvəllər əsasən parlamentdəki ərəb-xristian üzvlərdən Azərbaycan və Türkiyə əleyhinə istifadə edirdisə, indi siyahının genişləndirilməsi, bu fəaliyyətin yeni şəxsləri əhatə etməsi diqqət çəkir: Açıq Universitetdən soyqırımı üzrə tədqiqatçı professor Yair Oron, Holokost və Soyqırımı Araşdırma İnstitutunun sədri, professor İsrael Tşarani, jurnalist Yaakov Achimair və yazıçı Ora Achimair, nazir və keçmiş parlament üzvü, ravvin Michael Melchior, jurnalist Şari Raz, elm adamları və digər fəallar.
Əvvəlki arayışlarda da erməni və İran lobbilərinin İsrailin özündə Bakı-Təl-Əviv əməkdaşlığını hədəfə alan fəaliyyəti haqda məlumat vermişdik. Demək, yalnız rəsmi əlaqələrlə kifayətlənmək olmaz, İsraildə anti-Azərbaycan fəaliyyətlərin önünü kəsmək üçün vətəndaş cəmiyyətinin, medianın və diasporun da işini canlandırmağa ehtiyac var.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO







































.png)