Nida Təhlil
"Tır şousu" Ermənistanın özünə problem yaradacaq - Yeni mərhələ başlayır
Ermənistanın TIR şousu bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlib. Dünən gecə və bu gün səhər Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bunu bir daha təsdiq edir. Təəssüf ki, bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqələri və açıqlamaları Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir. Hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçıran İrəvan isə çoxdan itirilmiş geosiyası mövqelərinin bərpasına çalışsa da, artıq bölgədə dəyişilməsi mümkün olmayan yeni düzən formalaşıb.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Millət vəkili hesab edir ki, bu hal Qafqazın yeni mərhələyə qədəm qoyduğunu göstərir:
"Ya tezliklə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını özündə ehtiva edən sülh müqaviləsi bağlanacaq, ya da ziddiyyətlər dərinləşəcək. Birinci variant bölgənin iqtisadi inkişafı baxımından da vacibdir. Regionun inkişafı dayanıqlı sülhün əldə edilməsindən və kommunikasiyaların yenidən bərpasından keçir. İrəvanın başqa alternativlər axtarmağa çalışması isə Ermənistanın özü üçün yeni problemlər yaradacaq. Bunu daha tez anlamaq İrəvanın özü üçün lazımdır".
Mehti Kamiloğlu
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Hadisə10 İyul 21:39Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial10 İyul 11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO


















.jpg)



















