Yunan mətbuatında Türkiyə ilə bağlı səs-küy yaradan etiraf: Uduzan biz olacağıq!
Bizi izləyin

Nida Təhlil

Yunan mətbuatında Türkiyə ilə bağlı səs-küy yaradan etiraf: Uduzan biz olacağıq!

Yunan mətbuatında Türkiyə ilə bağlı səs-küy yaradan etiraf: Uduzan biz olacağıq!

Hərbi sahədəki irəliləyişləri və yenilikləri ilə "dünyanın ən güclü ordularından biri" kimi göstərilən Türkiyə ilə əlaqəli yeni təhlil Yunanıstan mətbuatında böyük diqqət çəkib.

Publika.az xəbər verir ki, Türkiyə və Yunanıstanın hava və dəniz qüvvələrinin müqayisəli təhlili səs-küyə səbəb olub. Təxribat xarakterli analiz Yunanıstanın “In.gr” qəzeti tərəfindən hazırlanıb. Yazıda Yunanıstanın Egey və Şərqi Aralıq dənizində gücünü tədricən itirməsi iddia edilib.

“Peyk görüntüləri Yunanıstan və Kipri ​​təhdid edən dəniz bazalarını ortaya qoyur” başlıqlı təhlildə Türkiyə ilə bağlı şərhlər sözün əsl mənasında etiraf rolunu oynayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın ötən iyul ayında verdiyi açıqlamaların yer aldığı təhlildə Annan Planı vurğulanıb. Yazıda Prezident Ərdoğanın "Kipr adasının qalıcı və ədalətli bir sülhə nail olması üçün məsuliyyəti öz üzərimizə götürməkdən çəkinmirik. Biz Annan Planı da daxil olmaqla, indiyə qədər bütün proseslərdə bu məsələdə səmimiyyətimizi göstərmişik, lazım gələrsə, bir daha göstərəcəyik”, - sözlərini vurğulayan "İn.gr" Türkiyənin Kipr məsələsində qətiyyətli olduğunu qeyd edib.

"In.gr" yazısında silah yerləşdirilməsinin qadağan olduğu Yunan adaları ilə bağlı təxribat xarakterli şərhlər verib. Türkiyənin müstəqil suverenlik hüququ çərçivəsində sahib olduğu hərbi bazaları Afinanın beynəlxalq hüquqa zidd olaraq silahlandırdığı adalarla eyniləşdirən "In.gr" Yunanıstanın gücünü itirdiyinə diqqət çəkib.

"Silahsızlanma aysberqin görünən hissəsidir. Gördüyümüz tək şey budur. Görmədiyimiz şeylər var, lakin bu, onların mövcud olmadığı mənasına gəlmir" rəyinə yer verən "In.gr" Egey və Aralıq dənizindəki türk bazalarının Yunanıstanda çaxnaşma yaratdığını qeyd edib. “Türkiyə dənizlərə hakimdir” ifadələrini işlədən qəzət “Belə davam edərsə, Kiprin şimalında tam nəzarət altında olan Türk dənizi meydana gətirəcəklər” sözləri ilə panika atmosferini ortaya qoyub. Türkiyənin hərbi və diplomatik olaraq hər şeyə nəzarət edə biləcəyini şərh edən qəzet, “Beləliklə, adalar demilitarizasiya olunsa da, olunmasa da, Türkiyə dənizdə hökmranlıq etmək və Yunanıstanı təhdid etmək istəyir” iddiası ilə təxribata cəhd edib.

Hər hansı bir dialoqda və ya beynəlxalq məhkəmədə uzlaşma əldə olunsa belə, uduzan tərəfin Yunanıstanın olacağını ifadə edən "In.gr", "Afina, Kipr yıxılsa, onun da yıxılacağını görə bilmir",- deyə yazıb. Beynəlxalq miqyasda müzakirə olunmağa davam edən Kipr məsələsi ilə bağlı şərhlərin yer aldığı təhlildə “Kipr heç bir müsbət əlamət olmadan dialoqlar davam etdiyi üçün Türkiyə təhlükəsinin sakitləşdiyi illüziyası ilə yaşayır” sözlərdən istifadə olunub.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm