Nida Təhlil
“Nə oldu, Paşinyan?” – Ermənistanın BMT Təhlükəsizlik Şurasında fiaskosu
Nə qətnamə, nə bəyanat qəbul olundu, hətta mətbuata açıqlama belə verilmədi. Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərarın qəbul edilməsi üçün üzərində 4 aydır çalışdığı planı fiaskoya uğradı. Əvəzində dünyanın ali orqanının iclasından iki nəticə çıxdı:
Birincisi, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya qeyd-şərtsiz qəbul edir;
İkincisi, beynəlxalq hüquq və ədalət Azərbaycandan yanadır;
Üçüncüsü, müharibə meydanında böyük zəfər qazanan və torpaqlarını azad edən Azərbaycan diplomatiya müstəvisində də Ermənistanı darmadağın etdi;
Tarix növbəti dəfə Azərbaycanın qələbəsinə, Ermənistan diplomatiyasının fiaskosuna şahidlik etdi.
İrəvanda Qarabağla bağlı iddialarının beynəlxalq müstəvidə qəbul etdirilməsi istiqamətində aylardır iş aparılırdı. Bir tərəfdən erməni diasporu/lobbisi və anti-Azərbaycan şəbəkəsi beynəlxalq mediada qarayaxma kampaniyası həyata keçirir, digər tərəfdən, Ermənistan sərhəddə “yardım şousu” təşkil edir, erməni əhalisi üzərindən “aclıq oyunları” qurur, Qarabağa – Azərbaycan ərazisində beynəlxalq müdaxilə zəmini yaratmağa çalışırdı. Onlar üçün qurduqları siyasi teatrın son pərdəsi BMT TŞ-də tamamlanmalı idi.
- Müzakirələrin təşkili ilə beynəlxalq diqqəti Qarabağla bağlı idialarına cəlb etmək istəyirdilər;
- BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul edilməsini, bu olmasa bəyanatın verilməsini, yaxud heç olmasa mətbuata açıqlamanın əldə edilməsini planlaşdırırdılar;
Məqsəd beynəlxalq təzyiqlə rəsmi Bakını öz suveren haqlarından geri çəkilməyə məcbur etmək, Ağdam-Xankəndi marşrutunu arxa plana keçirmək və Laçın yolunun açılmasına nail olmaq idi. Aylardır hazırlaşdıqları proses BMT TŞ-nin heç olmasa “reakaiya” verməsi, yaxud ən azından birgə mətbuat açıqlaması qəbul etməsi ilə nəticələnməli idi. Və Ermənistan rəsmilərinin istədiklərini alacaqları yönündəki açıqlamaları çox inamlı görünürdü. Hərçənd, Ermənistanda yenə də unutmuşdular.
Unutmuşdular ki, onların qarşısında Azərbaycan lideri İlham Əliyev və onun rəhbərlik etdiyi diplomatiya dayanır. Onu da unutmuşdular ki, Prezident İlham Əliyevin strategiyası Azərbaycanın haqlı mövqeyinin bütün dünyada qəbul edilməsi şərtlərini formalaşdırıb, hətta bunu qəbul etmək istəməyənlər belə reallıqla barışmaq məcburiyyətində qalıb.
BMT TŞ-nin iclası bunu bir daha əyani şəkildə göstərdi. Prosedura görə TŞ-də 15 üzv ölkənin (5 daimi 10 qeyri-daimi) nümayəndəsi çıxış etdi. Fransanın timsalında bir neçə çıxış istisna olmaqla yekun rəy Azərbaycanın ərazi bütövlüyünə hörmətin edilməsi, Ağdam-Xankəndi marşrutunun açılması və Azərbaycanın vəziyyətə yerində nəzarət etməsinin vacibliyi yönündə oldu. İclas zamanı çıxışların motivləri artıq nəticənin nə olacağını da göstərirdi, yekunda nəinki qətnamə, yaxud bəyanat, heç mətbuata birgə açıqlama belə verilmədi. Sadəcə toplaşdılar, danışdılar və dağılışdılar.
Müzakirələr zamanı səsləndirilən fikirlər və bunun fonunda baş verənlər diqqətə layiq idi.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın iddialarını faktlarla darmadağın etdi.
“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.30 ilə yaxındır ki, məhz Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb. Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil”, - deyən Y.Əliyev “Qarabağda humanitar fəlakət var” iddialarını fotofaktlarla çürütdü, o cümlədən, Ağdam-Xankəndi marşrutundan istifadənin daha əlverişli və təhlükəsiz olduğunu ispatladı.
Türkiyənin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı mövqeyini bildirdi: “Türkiyə Azərbaycanın öz suveren ərazisində istədiyini etmək hüququna malik olduğunu bəyan edir, separatçıların Bakı ilə danışıqlar aparmadığını bildirir”.
Albaniya nümayəndəsi bəyan etdi ki, çətin relyefə malik olan Laçın yolu ilə müqayisədə Ağdam yolu daha rahat və effektivdir.
Braziliya Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırdı.
Digər çıxışçıların fikirləri də əsasən tərəfləri razılaşmağa, sülh prosesinin qorunması istiqamətində oldu.
Nəticə etibarilə Azərbaycanın ədalətli mövqeyi birmənalı şəkildə qəbul olundu, Ermənistan fiaskoya uğradı. Ermənistanın xarici işlər Ararat Mirzoyanın üz ifadəsi də özündə Ermənistanın fiaskosunun real mənzərəsini ehtiva edirdi. Və bu, Ermənistan diplomatiyasının BMT TŞ-də ilk məğlubiyyəti də deyil. Ötən ilin dekabrında Fransa və Ermənistan eyni iddiaları TŞ-də yenə qaldırmışdı və Bakının diplomatiyası qarşısında geri çəkilməyə məcbur oldular. Birinci məğlubiyyətdən sonra “dərsinə” yaxşı hazırlaşdığını düşünən Ermənistan yenə “sinifdə qaldı”.
Və bu məğlubiyyət 44 günlük müharibənin məşhur frazasını günün reallıqlarına uyğun olaraq, yenidən gündəmə gətirdi: “Bəs Laçın yolunu açırdın, nə oldu Paşinyan?”.
BMT TŞ-dən çıxan nəticə reallıqları bir daha ön plana çıxarır:
- Beynəlxalq ictimaiyyəti absurd iddialarla məşğul etməyin heç bir mənası yoxdur, bu kimi məsələlər BMT və digər platformalarda yox, yalnız yerində həll edilə bilər;
- Həll variantı bəllidir: Azərbaycanın suveren ərazisinə daşımalar Azərbaycan ərazisindən həyata keçirilməli, Qarabağdakı erməni əhalisi də Bakının şərtlərini qəbul etməli, reinteqrasiya əsasında həyatlarını daha da yaxşılaşdırmalıdır, bunun alternativi yoxdur;
- Azərbaycan suverenliyinin qoprunması prinsipindən bir addım da geri dayanmayacaq;
Bütün bunları Qarabağdakı ermənilər də anlamalı, Ermənistan rəhbərliyi də. Paşinyan növbəti dəfə yenə də “Nə oldu Paşinyan” reallığı ilə üzləşməmək üçün Azərbaycanın tələblərini qəbul etməlidir, əks təqdirdə, məğlubiyyət Ermənistan üçün taleyə çevriləcək.
Asif Nərimanlı
-
Sosial12:42
Milyonlarla pulu ölkəyə qaytarmayan şəxslər həbs edildi - Prokurorluqdan əməliyyat
-
Sosial12:00
Yeni fərman: Bu şəxslərə ordudan möhlət hüququ verildi
-
ABŞ11:00
Trampın müşaviri İFŞA OLDU: Yeni administrasiya üçün vəzifələri pulla "PAYLAYIRMIŞ"
-
Region10:00
Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
-
MDB09:36
Rusiyanın 230 milyonluq qazı “oğurlandı” - Bu Avropa ölkəsinə tədarük dayandırıldı
-
Nəqliyyat08:55
Azərbaycanda taksi qiymətləri 40% artdı - VİDEO
-
Nəqliyyat08:34
18 yolda tıxac var - SİYAHI
-
Magazin107:35
Çingiz Mustafayev: "Ora gələn insanların 80-90 faizi travmalıdır" - VİDEO