Nida Təhlil
Ərdoğan bu gün Paşinyandan Qarabağla bağlı nəyi tələb edəcək? - VİDEO
10:00
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olacaq. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından daha çox, bölgədəki vəziyyəti müzakirə edəcək. Ərdoğan da müzakirə mövzusunun Qarabağ olacağını açıqlayıb, eyni zamanda, Ankara-İrəvan münasibətlərinin normallaşmasının Qarabağdan – Azərbaycanın tələblərinin qəbul edilməsindən keçdiyi bəllidir.
Bu kontekstdə telefon danışığının əsasən iki məsələ üzərində qurulacağı istisna deyil.
Birincisi, İrəvanın Qarabağdakı separatizmi dəstəkləməkdən imtina etməsi, Laçın yolu ilə bağlı iddialardan əl çəkməsidir: erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması da aktual tələblərdən biri olaraq qalır;
İkincisi, Zəngəzur dəhlizinin açılması – Ermənistanın Azərbaycandan Naxçıvana maneəsiz keçid verməklə bağlı öhdəliyini yerinə yetirməsidir;
Ərdoğanın Paşinyanla telefon danışığı aparmaq və bölgədəki vəziyyəti müzakirə etmək ehtiyacı proseslərin inkişafından irəli gələ bilər. İstisna deyil ki, Türkiyə prezidenti Ermənistana Qarabağdakı qoşunlarını çıxarmayacağı və Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə, bunların icra edilməsi üçün praktiki addımların atılacağını izah edəcək. Ərdoğanın dünən Əliyevə zəng etməsinin səbəbi də Paşinyanla danışıqların gündəliyinə və proseslərin mümkün inkişafında hansı addımların atılacağına dair “saatların yoxlanılması" idi.
Asif Nərimanlı
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?









.jpg)














.jpg)














