Nida Təhlil
Paşinyan Rusiyaya qarşı cəbhə açdı: Ermənistanı kim qoruyacaq?
Nikol Paşinyanın “Ermənistan artıq özünü qorumaq üçün Rusiyaya arxalana bilməz” sözləri Moskva-İrəvan xəttində hər iki ölkə liderinin daha öncəki açıqlamalarında gizlətməyə çalışdıqları qarşıdurmanın ritorik yox, real olduğunu göstərdi. Nikol Rusiyadan xilas olmaq istədiklərini açıq şəkildə elan edir.
Və məsələnin heç də erməni baş nazirin qeyd etdiyi kimi, “Ukrayna müharibəsi nəticəsində Rusiya imkanlarının zəifləməsi”ndən və İrəvanın fürsətdən istifadə etməsindən ibarət olduğu inandırıcı görünmür. Çünki Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə təsir edə biləcək imkanları hələ də mövcuddur.
Maraqlıdır, Paşinyan Rusiyaya qarşı niyə cəbhə açır?
Burada birdən çox versiya ön plana çıxır:
- Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir;
- Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın iradəsindən kənar qərar verilib: Rusiya və Türkiyənin regional məsələləri aktivləşdirməsi, İranın müəyyən yumşalmalarının olması və s. bölgədə yeni və daha böyük proseslərin ola biləcəyi gözləntisini artırır;
- Qərb Rusiyaya qarşı “ikinci cəbhəni” Gürcüstan üzərindən açmağa nail ola bilmədikdən sonra bu planını Ermənistan üzərindən aktivləşdirir və bunun qarşılığında İrəvana vədlər verilib;
Hər üç versiya mümkün görünür. Hərçənd, Rusiyaya qarşı cəbhə açan Ermənistanı hansı ölkənin qoruyacağı da sual altındadır. Çünki bu prosesin bir hissəsi Türkiyə və Azərbaycana da toxunduğu üçün ABŞ bunu nəzərə almaq məcburiyyətindədir, digər tərəfdən, Vaşinqton Cənubi Qafqaza bütövlükdə baxır və Rusiyanın bölgədə tam zəifləmədiyi müddətdə cəbhəni Ermənistan üzərindən açmaq bu ölkəni risk altına ata bilər. İrəvanın Qərbdə üz tutacağı qapılardan biri Fransadır, hərçənd, rəsmi Parisin bölgədə praktiki imkanları zəifdir. İran Ermənistanda Rusiyanın boşalan yerini tutmaqda maraqlıdır, buna çalışır da, amma bu cəhdlər Rusiya, Türkiyə və Azərbaycanla qarşıdurma vəd edir.
Ermənistanı “şamanların” da xilas edə bilməyəcəyini nəzərə alsaq, Nikolun son revanşının ağır nəticələrinin olacağı məlumdur.
Asif Nərimanlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

