Nida Təhlil
BMT-də “səlibçilərin” növbəti məğlubiyyəti - Avropa İttifaqı özünü ifşa etdi
BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı növbəti “şou” təşkil edildi. Ona görə “şou” deyirik ki, Ermənistan və Fransa kimi ölkələr dünyanın ən ali orqanını siyasi manipulyasiyalarının yuvasına çevirir, erməni diasporu/lobbisinin təsirində olan digər ölkə və siyasətçilər də bu teatrda aktyorluq qabiliyyətlərini nümayiş etdirirlər. Artıq neçənci dəfədir ki, BMT TŞ-ni Azərbaycana qarşı qərəzli iddialarının müzakirə platormasına çeviriblər. Dünən keçirilən dinləmələrin də məqsədi Azərbaycana qarşı hansısa qərarın qəbul edilməsi idi, hərçənd, belə bir dinləmənin keçirilməsi təkcə ali orqanı manipulyativ siyasətə alət etmək cəhdi yox, həm də beynəlxalq hüququ elə BMT tribunasından üzüaşağıya doğru tullamaq idi.
Birincisi, Qarabağın Azərbaycan torpağı olduğu BMT tərəfindən birmənalı olaraq qəbul edilib və Ermənistan, eləcə də erməni maraqlarını beynəlxalq hüquqdan üstün tutanlar BMT-ni özünütəkzibə məcbur etmək istəyirlər;
İkincisi, Azərbaycanın daxili işi olan lokal xarakterli antiterror tədbirləri ilə bağlı Ermənistanın özünün belə təkzib etdiyi iddiaları ali orqanın tribunasından dünya ictimaiyyətinə sırımağa cəhd edirlər;
Azərbaycana qarşı istədikləri qərar qəbul olunmadı. Sadəcə toplaşdılar, müzakirə etdilər və dağılışdılar. Nəticə Ermənistan və ermənipərəst qüvvələr üçün sıfırla, beynəlxalq hüququn qorunması üçün uğurla başa çatdı.
Dinləmələrin gedişindən, oradakı çıxışlardan iki nəticə çıxarmaq olar.
Dünyanın vaxtını alırlar
Fransa və Ermənistanın bütün dünyanın vaxtını almaqla məşğuldur. 44 günlük müharibədən sonra Azərbaycanla bağlı iddialarını dəfələrlə BMT TŞ-nin gündəliyinə çıxarmağa çalışıblar, bir neçə dəfə buna nail ola biliblər də. Lakin hər iclasda əsası olmayan eyni iddiaları irəli sürür, hər dəfə də beynəlxalq birlikdən “Yox” cavabı alırlar. Buna baxmayaraq, BMT-ni manipulyativ siyasətlərinin alətinə çevirmək cəhdindən əl çəkmirlər, belə demək mümkünsə, dünyanın vaxtını alırlar;
Avropa İttifaqının özünə vurduğu zərbə
Dinləmələrdə Fransa, Almaniya və Avropa İttifaqının ermənipərəst mövqe tutması xüsusilə diqqət çəkdi. Fransanın ermənipərəst mövqeyi fonunda bu o qədər də təəccüblü deyil, artıq təkcə Azərbaycanda yox, bütün dünyada Makron dedikdə sinonim olaraq Ermənistan səslənir. Lakin Almaniya və Aİ-nin mövqeyi suallar yaradır. Almaniya özünü “fransız” kimi apardı, reallıqdan uzaq iddialar və ermənipərəst mövqeyi ilə Fransadan geri qalmaq istəmədi. Və Avropa İttifaqı da onlara qoşuldu.
Avropa İttifaqının proseslərə xristian təəssübkeşliyi, səlibçi psixologiyası ilə yanaşdığı müşahidə edilir, çünki Ermənistanın belə dilə gətirmədiyi iddiaları irəli sürür, rəsmi İrəvanın təkzib etdiyi məsələlər haqda yoxlamadan, dəqiqləşdirmədən “doğru məlumat” kimi mövqe sərgiləyir. Bütün bunlar isə Azərbaycan-Ermənistan danışıqları üzrə Brüssel formatını risk altına salır. Bu qərəzli mövqedən sonra Brüssel formatının nə qədər neytral olacağı artıq şübhəlidir. Bu prosesdə itirən tərəf isə Brüsselin özü olacaq, çünki bütün iddialarına, qərəzli kampaniyalarına rəğmən nəticə əldə edə bilmədilər və bu mövqeləri ilə Cənubi Qafqazdakı mövqelərini zəiflətdilər. Artıq Aİ-nin Brüssel formatı da Fransanın taleyini yaşaya bilər.
Ən absurd mövqeyi isə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel sərgilədi. Ermənistanın baş naziri Nikol Paşinyan dünən çıxışı zamanı bildirdi ki, Azərbaycanın Qarabağda mülki ermənilərə qarşı hansısa addım atdığına dair iddialar yalandır. Borrel isə bunun əksini iddia edir, Azərbaycana qarşı absurd iddialar irəli sürdü. Bu detal Borrelin, ümumilikdə Aİ-nin nə qədər yalan və qərəzli mövqe sərgilədiyini isbat edir. Hətta Borrel BMT TŞ-nin iclasında irəli sürdüyü iddiaları Aİ-nin ayrıca bəyanatı kimi yayamağa da cəhd edib, lakin Macarıstanın etirazına görə baş tutmayıb. Görünür, Borrel erməni diasporu/lobbisinin önündə hansısa öhdəlik götürüb və bunu yerinə yetirmək üçün əlindən gələn hər şeyi etməyə çalışdı.
Lakin özlərini ifşa etməkdən başqa heç bir nəticə əldə edə bilmədilər.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO