Nida Təhlil
Əliyevin Qranada görüşündən imtinasının pərdəarxası - Bakı hansı gedişi edir?
Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbi Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır, hərçənd, yeganə səbəb bu deyil. Bu gedişin iki mümkün hədəfi var:
Birincisi, Ermənistanın üstünlük qazanmaq imkanının əlindən alınmasıdır;
İrəvan kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsinə öz yanaşması var: Naxçıvana “maneəsiz keçid”i - Zəngəzur dəhlizini vermir; sərhəddə “güzgü prinsipi”ni – qoşunların qarşılıqlı geri çəkilməsini istəyir;
Və buna yalnız Qərb platformasında nail olmaq imkanı var. Bu kontekstdə Qranada görüşü Ermənistan üçün əhəmiyyətli idi. Dördün birə nisbətində - Fransa+Almaniya+Avropa İttifaqı+Ermənistan və Azərbaycan - keçiriləcək görüşdə Azərbaycana təzyiqin ediləcəyi bəlli idi və bu, təkcə sülh danışıqlarında İrəvanın mövqeyinin gücləndirilməsi ilə bağlı yox, həm də Qarabağ məsələsi ilə bağlı ola bilərdi. Qərbin “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyi ortadadır.
Rəsmi Bakının Türkiyənin də görüşdə iştirakını tələb etməsi bundan qaynaqlanır. Əliyev nəticəsi əvvəldən bəlli olan görüşə getməməklə İrəvanın üstünlüyünü əlindən aldı.
İkincisi, Cənubi Qafqaza kənar müdaxilələrin zəiflədilməsi addımıdır;
Antitrerror tədbirlərinin nəticəsi olaraq Qarabağ məsələsi sülh danışıqlarından çıxarıldı, artıq İrəvanın bu kartdan istifadə imkanı zəifdir. Bundan sonrakı mərhələdə sülh sazişinin imzalanması prosesinin sürətlənəcəyi görünür və burada əsas həlledici amil Zəngəzur dəhlizinin açılması, daha doğrusu, bu kommunikasiyanın “yol”, yoxsa, “dəhliz” məntiqi ilə açılmasıdır.
- Azərbaycan və Türkiyə Naxçıvana “maneəsiz keçidin – Zəngəzur dəhlizi – təmin edilməsini tələb edir;
- Rusiya bölgədə rıçaqlarını qorumaq, həm öz qoşunlarının dayanacağı üçün yeni plasdarm yaratmaq, həm də Ermənistana yeni quru yol əldə etmək üçün “dəhliz məntiqi”ni müdafiə edir;
- Qərb Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflətmək, eyni zamanda, bölgədə iştirakçılıq payını artırmaq üçün Ermənistanın nəzarət edəcəyi “yol məntiqi”ni irəli sürür;
Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqazla bağlı istəkləri uzlaşır. Və istəklərinə nail olmağın yolu kənar oyunçuların prosesə müdaxiləsinin qarşısını almaq, Ermənistanın “altertiv qapılarını” bağlamaqdan keçir. Bu məqsədlə dördtərəfli format – Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan – təklif edildi və sülh sazişinin bu formatda imzalanması planı var. Əliyevin Qranadaya getməkdən imtina etməsi Cənubi Qafqazda proseslərin perspektiv inkişafını müəyyənləşdirmək gedişi hesab edilə bilər.
İrəvan Bakı və Ankaranın şərtlərinin qoyulduğu, Moskvanın da dəstəklədiyi masaya gətirilməlidir. Qarabağda 24 saatlıq “həll əməliyyatı”nın regional hədəfi də bu idi.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq









.jpg)









.jpg)


.jpg)












