Nida Təhlil
Parisin Bakı qarşısında növbəti fiaskosu - Fransa kəşfiyyatı məğlub oldu
Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub. Xarici İşlər Nazirliyinə dəvət olunan Fransa səfiri Ann Buayona bununla bağlı faktlar təqdim edilib və məlum iki diplomatın Azərbaycanı tərk etməsi üçün 48 saat vaxt verilib.
“Persona-non-grata” elan oluna diplomatların adları açıqlanmasa da, bunun Fransa casus şəbəkəsinin ifa olunması əməliyyatı ilə bağlı olduğu bəllidir. Və bu, Dövlət Təhlükəsizlik Xidmətinin Fransa xüsusi xidmət orqanlarının casus fəaliyyətini aşkara çıxardığı haqda məlumatları da təsdiq edir.
Qərb mediasında (indentificator.in.ua) yayılan məlumata görə, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Hər şey Fransa rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Belə görünür ki, Fransanın Azərbaycandakı səfirliyi casus yuvası olaraq istifadə edilib və səfirlik əməkdaşları digər ölkələrin diplomatlarının “ələ alınması” prosesini həyata keçirməyə cəhd edirmiş. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.
Mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarır. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri isə könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.
Fransa səfirliyinin “arzuolunmaz şəxs” elan edilən və ölkəni tərk etmələri üçün 48 saat vaxt verilən iki diplomatı da öz missiyalarının əksinə olaraq, kəşfiyyat işini həyata keçiriblər. Azərbaycan xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı ilə casus şəbəkəsin ifşa edilməsi Fransanın növbəti fiaskosudur.
Lakin bu, Avropanın əsas ölkələrindən biri və dünya gücü olmağa iddia edən Fransanın Azərbaycana qarşı mübarizədə ilk fiaskosu deyil. 44 günlük müharibə və sonrasında ölkəmizə qarşı hücumları açıq müstəviyə keçirən Makron Administrasiyası son üç ildə dəfələrlə belə məğlubiyyətlə üzləşib.
Hələ 44 günlük müharibə davam edəndə Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə cəhdlər etmişdi. Analoji cəhdlər sonra da davam etdi. 2022-ci ilin sentyabrında sərhəddə erməni təxribatı nəticəsində başlanan toqquşmalardan sonra Fransanın dəstəyi ilə Ermənistan “Azərbaycan hücum edib” iddiasını BMT TŞ-yə daşımağa çalışdı.
Bu cəhdlərin heç biri nəticə vermədi. Hərçənd, BMT-ni öz siyasi ambisiyalarının oyuncağına çevirən Fransa və Ermənistanın həmlələri bitmədi.
2022-ci ildə Laçın yolunda ekofəalların etiraz aksiyasına başlamasından sonra Azərbaycan ərazisində erməni separatizmini dəstəkləyən Fransa yenidən BMT TŞ-dəki üstünlüyünü Bakıya qarşı istifadə etmək gedişi etdi. Məqsəd “humanitar fəlakət” iddialarını beynəlxalq müstəvidə legitimləşdirmək, mümkünsə, qətnamə, yaxud ən azı bəyanatın qəbul edilməsi idi. Lakin Azərbaycan lideri İlham Əliyev Fransa və Ermənistana diplomatik dərs keçdi.
Bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi: Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Fransa və Ermənistan anladı ki, bəyanatın qəbul edilməsi, əslində Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir, bu baxımdan, irəli sürdükləri iddiaları geri götürməyə məcbur oldular. Belə demək mümkünsə, İlham Əliyev Azərbaycanın suverenliyinə qarşı oyunu pozdu – Fransanı sədrlik etdiyi və “veto” hüququnun olduğyu BMT TŞ-də məğlub etdi.
Fransa BMT TŞ-ni Azərbaycana qarşı istifadə etmək taktikasını 2023-cü ildə də həyata keçirmək istəsələr də, nəticə əldə edə bilməyəcəyini anladığı üçün məsələni gündəmdən çıxardı.
Rəsmi Parisin Bakıya qarşı mübarizədə ən böyük məğlubiyyətlərindən biri də vasitəçilik məsələsində oyundan kənarlaşdırılması oldu. 44 günlük müharibədən sonra Fransa Minsk qrupunun bərpa edilməsinə çalışsa da, buna nail ola bilmədi. Daha sonra Brüssel formatını ələ keçirmək və Bakı-İrəvan danışıqlarına bu kontekstdə müdaxilə edərək, Ermənistanın maraqlarını müdafiə etmək gedişi etdi. Lakin Azərbaycan ermənipərəst mövqeyinə görə Fransanın vasitəçiliyindən imtina etdi və Paris bütün cəhdlərinə baxmayaraq, “ofsayd” vəziyyətinə düşdü. Bununla Fransanın Cənubi Qafqazda mövcudluğu sıfırlandı, hətta bu gün Ermənistanı silahlandırması belə Parisin bölgədə itirdiyi mövqeyini bərpa etməyə yetərli deyil.
Və Azərbaycan xüsusi xidmət orqanlarının Fransa kəşfuiyyatının casus oyununu ifşa etməsi ilə rəsmi Paris Afrikadan sonra, Cənubi Qafqazda aldığı ən böyük zərbə oldu. Fransa bölgədəki sonuncu rıçağını da itirməklə üzləşib və daha nə beynəlxalq təşkilatlar, nə “vasitəçilik” oyunlar üzərindən, nə də casus şəbəkəsi vasitəsilə Cənubi Qafqazdakı proseslərə təsir edə bilmir. Fransa Azərbaycana qarşı haqsız mübarizəsində de-fakto məğlub vəziyyətinə düşüb.
Asif Nərimanlı
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi