Nida Təhlil
“Azərbaycanlı şəbəkə” Ermənistanın müdafiəsi üçün hərəkətə keçdi - DETALLAR
Ermənistan, Avropa Birliyi və ABŞ görüşündə Brüsselin İrəvana 270 milyon avro, Vaşinqtonun isə 65 milyon dollar maliyyə yardımı ayırması ilə bağlı qərar qəbul olunsa da, bağlı qapılar arxasındakı müzakirələrin hərbi yardımla bağlı olduğu şübhəsizdir. Məlumatlara görə, görüşün qapalı hissəsində əsas müzakirə mövzusu Rusiya və Azərbaycanla bağlı olub. Bunu hətta Ermənistanın mövqeyini müdafiə edən konfliktoloq Arif Yunus da erməni jurnalistə istinadən bildirir. Görüşün ümumilikdə 80 faizi Rusiya və Azərbaycanla bağlı müzakirələrə həsr olunub. Əgər məsələ təkcə Ermənista iqtisadiyyatının güclənməsindən ibarətdirsə, o zaman, niyə Azərbaycan və Rusiya müzakirə edilir? Yaxud təkcə bir neçə yüz milyonluq yardım üçün belə bir görüşə ehtiyac var idimi?
Görüşdən öncə bəlli idi ki, Brüsseldə Ermənistana hərbi yardımın edilməsinə qərar veriləcək. Bunu ispat edən kifayət qədər amillər də var. Lakin görüş yaxınlaşdıqca Qərb və İrəvan bunu gizlətməyə başladı.
Birincisi, Ermənistana hərbi yardım açıq şəkildə həyata keçiriləcəyi təqdirdə, Rusiyanın müdaxilə ediləcəyindən narahatdırlar;
İkincisi, belə bir yardım Avropa Birliyi və ABŞ-ın Azərbaycanla münasibətlərinə mənfi təsir etməsindən çəkinirlər: Blinken və Ursula fon der Leyenin Prezident İlham Əliyevə izahat xarakteri daşıyan telefon zəngi də bunu deməyə əsas verir;
Lakin reallıq ortadadır: Brüsseldə əsas müzakirə mövzusunun Ermənistan iqtisadiyyatı yox, Azərbaycan və Rusiya olması da bunu göstərir. Və ispat edir ki, hədəf kimi Azərbaycan seçilib. Rəsmi Bakının görüşlə bağlı əvvəldən dilə gətirdiyi narahatlığı da bununıa bağlı idi.
Qərb bunu inkar edir və görüşün mahiyyətini gizlətmək, Azərbaycan ictimai rəyini manipulyasiya etmək məqsədilə “azərbaycanlı şəbəkəyə” də hərəkətə keçmək tapşırığı verilib.
- “Görüş Azərbaycana qarşı deyil;
- “Görüşdə hərbi məsələlər yox, iqtisadi gündəm müzakirə olunur”;
- “Brüsseldə əsas hədəf Rusiyadır, Azərbaycan yox”;
- “Azərbaycanın Brüssel görüşü ilə bağlı dedikləri əsassızdır”;
Və bu kimi fikirlər Qərb şəbəkəsi tərəfindən tirajlanır. Misal üçün, sabiq səfir, Qərb şəbəkəsinin ən fəal üzvlərindən olan Arif Şahmarlı (Məmmədov) iddia edir ki, Brüsseldə verilən mesajlar Azərbaycana yox, Rusiyaya ünvanlanıb.
Şəbəkənin digər üzvü Sevinc Osmanqızı günlərdir Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyini əsassız çıxarmaq üçün əlləşir. Onun efirində çıxış edən Alexs (Ələkbər) Raufoğlu, Qənimət Zahid və digərləri də eyni tezisdən çıxış edir. Və ən əsas bu şəbəkə Qərblə əməkdaşlıq etdiyi üçün Ermənistanı müdafiə edir, Paşinyanın addımlarını dəstəkləyirlər.
“Azərbaycanlı şəbəkənin” hərəkətə keçməsi tapşırığının Qərbdən verildiyi, Ermənistanı silahlandıran Fransa kəşfiyyatı tərəfindən birbaşa təlimatlandırıldıqları aydın görünür. Bir neçə məqam bu fikri xüsusilə gücləndirir.
1. Ermənistanı müdafiə edən, Brüssel görüşü ilə bağlı Qərb tezisindən çıxış edənlər – Qənimət Zahid başda olmaqla “söyüş müxalifəti” Fransada məskunlaşıb;
2. Q.Zahid başda olmaqla bu şəbəkənin informasiya təminatı Fransa kəşfiyyatının “believe.com” informasiya-kommunikasiya xidməti tərəfindən həyata keçirilir;
Şübhə yoxdur ki, bu şəbəkənin maliyyələşməsi də Fransa kəşfiyyatı tərəfindən təmin edilir. “Azərbaycanlı şəbəkə”yə verilən tapşırıq Azərbaycan ictimai rəyində rəsmi Bakının Brüssel görüşü ilə bağlı mövqeyinə inamın azaldılması, Ermənistan hakimiyyətinin müdafiəsinin təmin edilməsidir. Arif Yunus, Arif Şahmarlı, Qənimət Zahid, Sevinc Osmanqızı, Alexs (Ələkbər) Raufoğlu və digərlərinin Brüssel görüşü haqda səsləndirdiyi fikirlər, xüsusilə Paşinyan hakimiyyətini dolayısı ilə dəstəkləyən təbliğatı bunu aydın şəkildə ortaya çıxardı. Burada əsas diqqətçəkən məqamlardan biri də şəbəkənin Brüssel görüşündən sonra hərəkətə keçməsidir. Halbuki, rəsmi Bakı görüşdən əvvəl Qərbin Ermənistana hərbi yardım verməyə hazırlaşdığı, Cənubi Qafqazda milutarizmin maliyyələşdirməsi, dəstəkləməsi siyasəti haqda danışırdı. Görünür, Blinken və Leyen başda olmaqla Qərb rəsmilərinin Azərbaycanı inandırmaq cəhdləri effekt vermədiyi üçün “azərbaycanlılardan” ibarət olan şəbəkəni hərəkətə keçiriblər.
Publika.az
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?