Nida Təhlil
Tehran Bakının edam tələbini icra etdi: Bəs “Hüseyniyyun” necə olacaq?
2023-cü ildə Tehrandakı səfirliyimizə hücum edən Yasin Hüseynzadəyə çıxarılan ölüm hökmü icra olunub. Tehranın iki il sonra Bakının tələbini yerinə yetirməsi ədalətli olmasından yox, regiondakı siyasi konyukturadan qaynaqlanır: Yaxın Şərqdə mövqeləri zəifləyən İran hədəfə çevrildiyi mövcud şərtlərdə regiondakı ölkələrlə problemli münasibətlərin aradan qaldırılması xəttini izləyir; bu mənzərə münasibətlərdə problemin yaranmasında maraqlı olmayan Azərbaycanın regional siyasətinə uyğundur.
Lakin Tehranın Bakı ilə yaxınlaşması İranda Azərbaycana qarşı olan və səfirliyimizə hücum da daxil olmaqla münasibətlərin gərginləşdirilməsi istiqamətində təxribat xarakterli addımlar atan qüvvələr sıradan çıxmayıb, sadəcə mövcud şərtlərdə arxa plana keçiblər və lazım olacağı təqdirdə, yenidən eyni addımları təkrarlaya bilərlər.
Azərbaycan İranla normallaşan münasibətlərdə məhz bu qüvvələrin neytrallaşdırılması tələbinin də aktuallığını saxlamalıdır. Bunlardan biri keçmiş Azərbaycan vətəndaşlarından ibarət olan “Hüseyniyyun” qruplaşmasının üzvlərinin Bakıya təhvil verilməsi, yaxud ən azı İranda tamamilə neytrallaşdırılması ola bilər. Səfirliyimizə hücumun təşkilində bu qruplaşmanın da rol oynadığına dair məlumatlar var. Hazırda qruplaşmanın hücumları səngisə də, fəaliyyətini müxtəlif formalarda davam etdirir, xüsusilə təbliğat istiqamətində. Azərbaycanda konstitusiya quruluşunun dəyişdirilməsi məqsədilə yaradılan silahlı qruplaşma İranda fəaliyyət göstərdiyi müddətdə Tehranın münasibətlərə səmimi yanaşması daim sual altında olacaq.
Asif Nərimanlı
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































