Nida Təhlil
Azərbaycan Ordusunun peşəkarlığı bütün dünyaya nümunədir
Hər il 26 iyun tarixi ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu gün Azərbaycan ordusunun yaranmasının ildönümü ilə yanaşı, əsgərimizin gücünün, vətənpərvərliyinin və sadiqliyinin təcəssüm olunduğu gündür. Azərbaycanın dünyada tanınmasında ordumuzun xüsusi rolu var. 1918-il ilin mənəvi dəyərləri ilə müasirliyi özündə təzahür edən ordumuz qürur mənbəyimizdir!
Məhz bu günlə bağlı Publika.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü ölkəmizin tarixində ən önəmli günlərdən biridir. Onun sözlərinə görə, 1918-ci ildə qurulan ilk milli ordunun ənənələri bu gün də davam etdirilir:
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşan milli ordu dövlətin müstəqilliyini və təhlükəsizliyini qorumaq məqsədilə yaradılmışdı. Həmin dövrdə xarici təhdidlərə qarşı bir sıra mühüm addımlar atıldı. Lakin Cümhuriyyət yalnız 23 ay fəaliyyət göstərə bildi. SSRİ dövründə Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və siyasi iradəsi nəticəsində Azərbaycanda hərbi kadr hazırlığı istiqamətində mühüm məktəb formalaşdırıldı. Müxtəlif təzyiqlərə və maneələrə baxmayaraq, Heydər Əliyev böyük siyasi məharətlə hərbi məktəbin açılmasına nail oldu. Bu məktəbdə yetişən kursantlar illər sonra Azərbaycanın hərbi və siyasi elitasına çevrildilər. Beləliklə, Azərbaycanda hərbi elitanın əsasının qoyulması Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi oldu.

Azərbaycan Ordusunun ən böyük tarixi zəfəri isə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünü göstərdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanan müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza ataraq məğlubiyyətini qəbul etdi.
Xüsusən, Şuşanın azad olunması hərbi baxımdan əlamətdar hadisədir. Bu əməliyyat bu gün dünyanın aparıcı hərbi akademiyalarında öyrənilir. Dağlıq və çətin relyefdə həyata keçirilən döyüş əməliyyatları Azərbaycan Ordusunun yüksək peşəkarlığını və qəhrəmanlığını bir daha nümayiş etdirdi. Xüsusi Təyinatlı Qüvvələrimiz burada xüsusilə fərqləndilər”.
Politoloq qeyd etdi ki, bu gün Azərbaycan Ordusunun peşəkarlığı bütün dünyaya nümunədir:

“Ermənistan kapitulyasiyaya imza atmasına baxmayaraq, sonrakı dövrdə də separatizmi gücləndirmək cəhdləri göstərdi. Lakin 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatı ilə Azərbaycan tam suverenliyini təmin etdi. Ordumuz bu əməliyyatda da yüksək peşəkarlıq və humanist dəyərlərə sadiqliyini nümayiş etdirdi. Yalnız hərbi hədəflər məhv edildi, mülki əhalinin təhlükəsizliyi tam təmin olundu.
Bu gün dünyada davam edən müharibələr fonunda Azərbaycan Ordusunun göstərdiyi humanist və peşəkar davranış nümunə göstərilə bilər. Biz elə bir coğrafiyada yerləşirik ki, güclü orduya sahib olmaq ölkənin siyasi, iqtisadi və milli təhlükəsizliyinin əsas şərtidir. Güclü ordu bizə regionda söz sahibi olmaq, düşmənlərin qarşısında sipər durmaq, separatizmin qarşısını almaq və dövlətçiliyimizi qorumaq imkanı verir.
Azərbaycanın güclü orduya sahib olması düzgün qurulmuş hərbi strategiyanın nəticəsidir. Bu strategiya mənəvi, psixoloji, ideoloji və praktiki hazırlığı özündə birləşdirir və bütün komponentlər üzərində sistemli şəkildə qurulub”.
Roza Şəfiyeva
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var






.jpg)



















.jpg)









