Nida Təhlil
Bakı və İrəvan ilk dəfə bunu edir: Rusiyaya qarşı tarixi addım
İlk dəfədir Azərbaycan və Ermənistanın Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi ortaq görünür: Rusiyanı regiona buraxmamaq, II Qarabağ müharibəsindən öncəki üstünlüyünü təmin etməyə imkan verməmək;
200 ildən artıqdır bu coğrafiyada baş verən bütün müharibələrin, qırğınların izi Moskvaya çıxır. Yenidən bölgəyə girməyə çalışan Rusiya yenə ən yaxşı bildiyi yoldan – toqquşma, münaqişə, müharibə taktikası ilə hərəkət etmək niyyətindədir. Ermənistanda revanşistlərin dəstəklənməsi bunu aydın göstərir. Lakin ilk dəfədir Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşdüyü üçün Rusiya regional dirənişlə üzləşib. Daha öncə də yazmışdıq: Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılığın siyasi hədəfləri bu məqama çıxır;
Rusiya regionda olmalıdır, amma qonşuluq münasibətləri çərçivəsində. Azərbaycan-Rusiya münasibətləri də imperativ direktivlərin olmadığı çərçivədə davam etməlidir. Güc balansında Türkiyə faktoru həlledici ola bilər, təkcə Azərbaycan üçün yox, Ermənistan və Gürcüstan üçün də. Əks təqdirdə, 200 ildən sonra böyük ölçüdə həll olunan problemlər – qarşıdurma və münaqişə riski həmişə qalacaq.
Buna nail olmaq nə qədər mümkün olacaq? Açıq sualdır. Lakin Bakı və İrəvanda Moskvaya qarşı paralel şəkildə aparılan müqavimətin tarixi əhəmiyyəti var.
Asif Nərimanlı
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
















.jpg)



.jpg)
















